Gimnastika növləri üzrə Azərbaycan yığma komandalarının üzvləri bir sıra beynəlxalq yarışlarda iştirak ediblər.
ONN media Azərbaycan Gimnastika Federasiyasının saytına istinadla xəbər verir ki, Belçikanın Purs şəhərində akrobatika gimnastikası üzrə “Flanders International Acro Cup” adlı beynəlxalq turnirdə 11-16 yaşlı gimnastlar arasında mübarizə aparan Murad Rəfiyev-Daniel Abbasov cütlüyü uğurla çıxış edərək qızıl medal qazanıb. Gənc akrobatlar temp hərəkətlərinə görə finalda 26,800 xal toplayaraq bütün rəqiblərini geridə qoyublar. İkinci və üçüncü yerlərdə isə müvafiq olaraq, 25,850 xalla Portuqaliya və 23,800 xalla Böyük Britaniya təmsilçiləri qərarlaşıblar. Emiliya Nəzərli, Ləman Məmmədova və Raziyə Seyidlidən ibarət qadın qrupumuz isə yeniyetmələrin final yarışlarında 12-ci yerdə qərarlaşıb.
Belçikada keçirilmiş ilin ilk dünya kuboku yarışında mübarizə aparan Seymur Cəfərov-Murad Əkbərov cütlüyü və Abdulla Əl-Məşayxi-Ruhidil Qurbanlı qarışıq cütlüyü yarışların finalında yeddinci yeri tutublar.
Moskvada isə bədii gimnastika üzrə Qran-Pri yarışlarına yekun vurulub. Bu yarışlarda ölkəmizi bədii gimnastika üzrə yığma komandanın üzvü Zöhrə Ağamirova təmsil edib. O, çoxnövçülük yarışlarında hakimlərdən 53,000 xal toplayaraq 22-ci yerdə qərarlaşıb.
Xatırladaq ki, Moskvada keçirilmiş və Yeniyetmələrin Yay Olimpiya Oyunlarına təsnifat xarakterli yarışda təmsilçimiz Dərya Farşbafşəhriyari Azərbaycanın gimnastika tarixində ilk dəfə olaraq lisenziya əldə edib.



Azərbaycan gimnastları qızıl medal qazandılar
Rus idmançı Bakıda çempion oldu
Bakıda ilk dəfə akrobatika gimnastikası üzrə dünya çempionatı keçiriləcək
Azərbaycanın gimnastika millisindən növbəti uğur
İdmançılarımız Yaponiyada qızıl medal qazandı
Azərbaycan əsilli gimnast qızıl medal qazandı
Azərbaycan Universiadada ilk medalını qazandı
Gimnastımız Avropa çempionatında qızıl medal qazandı
Azərbaycan gimnastı Polşada qızıl medal qazanıb
Cüdoçularımız Avropa kubokunda 8 medal qazandı
Mariya Stadnik qızıl medal qazandı
Orxan Səfərov qızıl medal qazandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 