Dünya futbolunu şoka salan hadisə baş verib.
ONN media fanat.az-a istinadən xəbər verir ki, İtaliya millisinin və "Fiorentina"nın futbolçusu David Astorinin meyiti tapılıb.
İtaliya mediasının bir qədər əvvəl yaydığı məlumata görə, 31 yaşlı futbolçunun meyiti "Udineze" ilə bu gün keçiriləcək oyundan öncə komandanın qaldığı oteldə aşkarlanıb.
"Fiorentina"nın kapitanın ürək tutmasından vəfat etdiyi ehtimal olunur. Artıq "Udineze" - "Fiorentina" oyunu təxirə salınıb.
Qeyd edək ki, David Astori peşəkar futbolçu karyerasına 2006-cı ildə "Milan"da başlayıb. 2008-ci ilədək bu komandanın üzvü olsa da, əsas heyətdə debüt edə bilməyib. Əvəzində "Pizziqettone" və "Kremonese" klublarına icarəyə verilib. "Milan" mərkəz müdafiəçisini 2008-ci ildə 5 milyon avroya "Kalyari"yə satıb. 2014/15 mövsümündə "Roma"ya, 2015/16 mövsümünün ilk yarısında "Fiorentina"ya icarəyə verilən David 2016-nın yayında 3,5 milyon avroya Floreniya təmsilçisinə satılıb.
Astori 2011-2017-ci illərdə İtaliya millisinə çağırılıb. Bu müddətdə 14 oyun keçirərək 1 qol vurub.



13 rəqəmi əbədiləşdirildi-Səbəbi nədir?
İbrahimoviçdən yeni rekord
Bu ölkədə bütün matçlar təxirə salındı
"Fiorentina"da 6 yeni koronavirus yoluxması aşkarlandı
Messi bu futbolçunun "Barselona"ya transferini istədi
Məşhur futbol klubunun baş məşqçisi koronavirusa yoluxdu
"Qalatasaray"ın 6,5 milyona satdığı futbolçuya 35 milyonluq təklif
Devid Bekhem dünya çempionatının reklam siması olacaq
"Arsenal"dan gözlənilməz transfer
Oyunda futbolçunun ürəyi tutdu- Oyun yarımçıq qaldı
"Qarabağ"ın rəqibi bəlli oldu
İrəvanda rusiyalı general qızının MEYİTİ TAPILDI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 