Futbol üzrə Çempionlar Liqasında 1/4 final mərhələsinə ilk 2 vəsiqənin sahibi müəyyənləşib.
ONN media xəbər verir ki, bunlar İspaniyanın "Real Madrid" və İngiltərənin "Liverpul" klublarıdır.
1/8 final mərhələsinin cavab görüşündə "Kral klubu" Fransa PSJ-sini səfərdə də məğlub edib. Hesabı 51-ci dəqiqədə Kriştianu Ronaldu açıb. 66-cı dəqiqədə meydan sahibləri Marko Verrattinin meydandan qovulması səbəbindən azlıqda qalıb. Lakin bundan 5 dəqiqə sonra PSJ Edinson Kavaninin qolu ilə bərabərliyi təmin edib. 80-ci dəqiqədə isə Kazemiro "Real Madrid"in qələbə topuna imza atıb. Beləliklə, evdə 3:1, səfərdə isə 2:1 hesablı qələbə qazanan "Real Madrid" adını növbəti mərhələyə yazdırıb.
"Liverpul" isə mərhələ adlamaq üçün çox da çətinlik çəkməyib. Portuqaliya "Portu"su ilə ilk görüşdə səfərdən 5:0 hesablı qələbə ilə ayrılan İngiltərə təmsilçisi evdə də qapısını toxunulmaz saxlayıb. Cavab görüşündə qolsuz heç-heçə edən "Liverpul" 1/4 finalda çıxış etmək hüququ qazanıb.
Çempionlar Liqası, 1/8 final, cavab oyunları
PSJ (Fransa) – "Real Madrid” (İspaniya) - 1:2
Qollar: Kavani, 71 - Ronaldo, 52. Kazemiro, 80
Qırmızı vərəqə: Marko Verratti, 66 (PSJ)
İlk oyun – 1:3



"Real Madrid" qalibiyyətə imza atdı
Çempionlar Liqasında daha iki qarşılaşma keçirilib
"Atletiko" və "Real” qələbə qazandı, "Barselona" MƏĞLUB OLDU
Bu gün Bakıda UEFA Avropa Liqasının final oyunu keçiriləcək
ÇL-in 1/8 finalının püşkü atıldı
Bu gün "Real Madrid" və PSJ komandaları qarşılaşacaqlar
ÇL: 1/8 final mərhələsinin püşkü atıldı
MS və "Liverpul" növbəti dəfə qələbə qazandı
"Qarabağ" "Bayer"ə məğlub oldu
AFFA rəsmisi “Real” - “Liverpul” matçında!
Bütün diqqətlər Fransada- Qalib bəlli olacaq
Bu gün ilin hadisəsi olacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 