Bu gün futbol üzrə Azərbaycan milli komandası növbəti oyununu keçirəcək.
ONN media xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv yoldaşlıq matçı çərçivəsində Belarus yığmasını qəbul edəcək. Bu, millinin 46 yaşlı mütəxəssisin rəhbərliyi altında ilk ev qarşılaşması olacaq.
Yığmanın baş məşqçisi qismində Türkiyənin Antalya bölgəsində Moldova kollektivi ilə qolsuz heç-heçə başa çatan oyunda debüt edən Q.Qurbanov yanvarın 30-dakı görüşə dəvət etdiyi 24 futbolçudan 11-ni Belarus və Makedoniya ilə duellər üçün çağırmayıb. Bunlar Əfran İsmayılov, Rahid Əmirquliyev, Mahir Mədətov, Ramil Şeydayev, Abbas Hüseynov, Şahrudin Məhəmmədəliyev, Cavid Hüseynov, Təmkin Xəlilzadə, Məhəmməd Mirzəbəyov, Anton Krivotsyuk və Bəhlul Mustafazadədir.
Əvəzində Səlahət Ağayev, Namiq Ələsgərov, Asif Məmmədov, Ürfan Abbasov, Tural Axundov, Rəşad Eyubov, Amil Yunanov, Rahil Məmmədov, Şəhriyar Rəhimov, Araz Abdullayev və Dmitri Nazarova etimad göstərilib.
Bakı Olimpiya Stadionunda keçiriləcək matç Azərbaycan və Belarus yığmalarının 3-cü görüşü kimi tarixə düşəcək. İlk qarşılaşma 1996-cı il mayın 27-də Molodeçnoda reallaşıb və qalib müəyyənləşməyib – 2:2. Həmin dueldə yığmanın ilk qolunu məhz Q.Qurbanov vurub.
2001-ci il fevralın 26-da isə bu kollektivlər Bolqarıstanda üz-üzə gəliblər. Azərbaycan millisi Zaur Tağızadənin qolu ilə minimal hesablı qələbə qazanıb.
Yoldaşlıq oyunu
23 mart
20:00. Azərbaycan – Belarus
Hakimlər: Andris Treymanis, Haralds Gudermanis və Aleksey Spasyonnikov (hamısı Latviya)
Bakı Olimpiya Stadionu



Qurban Qurbanov millinin heyətini AÇIQLADI - SÜRPRİZLƏR var
Kipr və Azərbaycan yığmalarının start heyətləri açıqlandı
Millimiz Belarusa qarşı - YENİLƏNİR
Azərbaycan-Belarusa qarşı- START HEYYƏTLƏR AÇIQLANDI
Azərbaycan millisinin heyəti açıqlanıb - SİYAHI
Azərbaycan yığmasının start heyəti açıqlandı
Millimiz Moldovaya ikinci qolunu vurdu
"Sumqayıt"dan daha bir futbolçu getdi
Azərbaycan yığmasının heyyəti açıqlandı
Azərbaycan Moldova ilə oynayacaq
"Kayrat" - "Qarabağ" matçında ikinci hissə başladı - YENİLƏNİR
Millətlər Liqası: Azərbaycan yığması Belarusu qəbul edir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 