Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma baş tutacaq.
Gecənin ən diqqətçəkən görüşündə ötənilki finalçılar “Yuventus” və “Real” üz-üzə gələcək. Turinlilərin heyətində cəzalı olan Medhi Benatia və Miralem Pyaniç bu görüşü buraxacaq. Zədəli Aleks Sandronun da meydana çıxacağı sual altındadı. “Real”da isə kapitan Serxio Ramos zədə ucbatından forma geyinməyə bilər. Start fiti saat 22:45-də veriləcək qarşılaşmanın baş hakimi türkiyəli Cüneyt Çakır olacaq.
1/8 finalda “Beşiktaş”ı mübarizədən kənarlaşdıran “Bavariya” İspaniyada “Sevilya” ilə qarşılaşacaq. İndiyədək avrokuboklarda üz-üzə gəlməyən komandaların ilk duelində Almaniya təmsilçisi favorit hesab olunur. Lakin “pivəçilər” son 5 İspaniya səfərindən əliboş dönüb. “Sevilya”da cəzalı Ever Baneqa bu oyunda iştirak etməyəcək. “Bavariya”da isə heyət baxımından heç bir itki yoxdu.
Çempionlar Liqası
1/4 final (ilk oyunlar)
3 aprel
22:45. “Yuventus” (İtaliya) – “Real” (İspaniya)
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Turin, “Yuventus” stadionu
22:45. “Sevilya” (İspaniya) - “Bavariya” (Almaniya)
Baş hakim: Daniele Orsato (İtaliya)
Sevilya, “Ramon Sançes Pisxuan” stadionu



ÇL: “Bavariya” “Real”a qarşı
ÇL-də qrup mərhələsinə start verildi
UEFA Avropa Liqasında 1/8 final mərhələsinə start veriləcək
Günün oyunları- Afişa
"Real"dan daha bir uğur
ÇL: 1/8 final mərhələsinin püşkü atıldı
Çempionlar Liqasında ÇƏTİN GÜN
Çempionlar Liqasında 1/8 finalın püşkü atıldı- RƏQİBLƏR
DÇ-2022: 1/4 final mərhələsinə start verilir
Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkü atılıb
Avropa Liqasında cütlükləri bəlli oldu
"Barselona" 74 il sonra 8 qol buraxdı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 