ONN İnformasiya Agentliyi

"Atletiko" Qrizmannı buraxmaq istəmir

"Atletiko" Qrizmannı buraxmaq istəmir
12-04-2018, 02:22


“Atletiko” rəhbərliyi mövsümün sonunda “Barselona”ya keçəcəyi gözlənilən Antuan Qrizmannı komandada saxlamaq istəyir.

ONN media xəbər verir ki, Madrid təmsilçisi bunun üçün futbolçunun müqavilə şərtlərini yaxşılaşdırmağa hazırdır. İlk növbədə 27 yaşlı futbolçunun gəliri artırılacaq. Əgər fransız oyunçu “Atletiko”da qalmağa razılıq versə, illik qazancı 20 milyon avro olacaq.

Qeyd edək ki, bir müddət öncə Qrizmannın “Barselona” ilə anlaşdığı xəbəri yayılsa da, futbolçu yaxın günlərdə mətbuata verdiyi açıqlamada məlumatı təkzib etmişdi.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png