UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunda baş tutacaq “Qarabağ” – "Ayaks" (Niderland) matçından əvvəl komandaların start heyətləri açıqlanıb.
ONN media xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun 20:45-də başlayacaq.
Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:
"Qarabağ": Mateuş Koxalski, Abbas Hüseynov, Bədavi Hüseynov, Kevin Medina, Julio Romao, Marko Yankoviç, Leandro Andrade, Yassin Benzia, Abdullah Zubir, Juninyo.
"Ayaks": Remko Pasver, Yorrel Hato, Yosip Şutalo, Daniele Ruqani, Devayn Renç, Kennet Teylor, Cordan Henderson, Kian Fitç Cim, Mika Qodts, Vaut Herqorst, Kristian Ramussen.
***
"Qarabağ" - "Ayaks" (Niderland) oyunu start götürüb.
Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
Matçı şotlandiyalı baş hakim Nikolas Uolş idarə edir.
***
"Qarabağ" - "Ayaks" (Niderland) oyununda Ağdam təmsilçisinin futbolçusu birbaşa qırmızı vərəqə alıb.
Görüşün 15-ci dəqiqəsində Julio Romao kobud oyuna görə meydandan qovulub.
Matçı şotlandiyalı baş hakim Nikolas Uolş idarə edir.
***
Qonaq komandanın oyunçusu Teylor 36-cı dəqiqədə hesabı açıb: 0 - 1
***
Matçda qonaqlar üstünlüyünü iki topa çatdırıb: 0 - 2
74-cü dəqiqədə Veqorts penalti zərbəsini dəqiq yerinə yetirib.
***
Matçda 3-cü qol vurulub.
77-ci dəqiqədə Çuba Akpom dəqiq zərbə müəllifi olub.
***
Ağdam təmsilçisinin daha bir futbolçusu qırmızı vərəqə ilə cəzalandırılıb.
Tofiq Bəhramov adına Respublika stadionundakı matçda Elvin Cəfərquliyev 79-cu dəqiqədə ikinci sarı vərəqənin ardından qırmızı vərəqə görüb.
***
“Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunda "Ayaks"a (Niderland) məğlub olub.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilirən oyun qonaq komandanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiiy kollektiv Avropa Liqasındakı növbəti oyununu noyabrın 7-də Norveç təmsilçisi “Bodo Qlimt”ə qarşı keçirəcək.



"Qarabağ"- "Molde" oyununda hesab açıldı
"Qarabağ"- "Dinamo" oyunu başladı
"Qarabağ" Çempionlar Liqası ilə vidalaşdı
"Qarabağ" Hik-ə qalib gəldi- YENİLƏNİB
"Qarabağ" və "Bayer 04" ün start heyəti bəlli oldu
Bu gün keçiriləcək oyunun start heyyəti açıqlandı
"Qarabağ" daha bir tarix yazdı
"Neftçi"- "Qarabağ"ın start heyyəti açıqlandı
Oyunda son durum necədir?- YENİLƏNİB
"Qarabağ"ın start heyətləri açıqlandı
"Qarabağ"dan inanılmaz qələbə- YENİLƏNİB
"Qarabağ" "Frayburq"a qarşı- YENİLƏNİB
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 