Macarıstan "Ferentsvaroş"undan transfer edilmiş Kadi Borges "Qarabağ" klubunun ən bahalı futbolçusuna çevrilib.
ONN media xəbər verir ki, fevralın 4-də Ağdam təmsilçisi ilə 4 illik müqaviləyə imza atan Kadinin bazar dəyəri 2,5 milyon avro təşkil edir. Onun əvəzinə "Ferentsvaroş"a verilən Julio Romaonun qiyməti isə 800 min avrodur.
İkinci sırada 2 milyon avro ilə Leandro Andrade qərarlaşıb. İlk üçlüyü isə 1,8 milyon avro ilə Nəriman Axundzadə və Oleksey Kaşuk qapayırlar.
"Köhlən atlar"ın əfsanəsi Riçard Almeyda hazırki heyətin ən ucuz futbolçusudur - 100 min avro.
Son Azərbaycan çempionunun heyətinin ümumi dəyəri 22 milyon 350 min avrodur.
"Qarabağ"ın hazırkı futbolçularının bazar dəyəri:
1. Kadi Borges - 2,5 milyon avro
2. Leandro Andrade - 2 milyon avro
3. Oleksey Kaşuk - 1,8 milyon avro
4. Nəriman Axundzadə - 1,8 milyon avro
5. Mateuş Koxalski - 1,5 milyon avro
6. Yassin Benziya - 1,2 milyon avro
7. Toral Bayramov - 1,2 milyon avro
8. Emmanuel Addai - 1,2 milyon avro
9. Aleksey İsayev - 900 min avro
10. Elvin Cəfərquliyev - 900 min avro
11. Şahruddin Məhəmmədəliyev - 800 min avro
12. Fabian Buntiç - 700 min avro
13. Mateus Silva - 700 min avro
14. Marko Yankoviç - 600 min avro
15. Bəhlul Mustafazadə - 600 min avro
16. Musa Qurbanlı - 600 min avro
17. Abbas Hüseynov - 550 min avro
18. Abdullah Zubir - 500 min avro
19. Kevin Medina - 500 min avro
20. Redon Cica - 500 min avro
21. Patrik Andrade - 450 min avro
22. Marko Veşoviç - 200 min avro
23. Bədavi Hüseynov - 200 min avro
24. Amin Ramazanov - 200 min avro
25. Sadiq Məmmədzadə - 150 min avro
26. Riçard Almeyda - 100 min avro.
Qeyd edək ki, "Qarabağ" tarixinin ən bahalı transferi Riçard Almeydadır. O, 2012-ci ildə Braziliyanın "Santu-Andre" klubundan 1,28 milyon avroya alınıb. Ən bahalı satış isə ötən ay 5 milyon avro qarşılığında Braziliya "Flamenqo"suna keçən Juninyoya məxsusdur



"Qarabağ"da ən bahalı futbolçu kimdir?
Dünyanın ən bahalı futbolçusu kimdir?
"Qarabağ"FK Avropa Liqasından nə qədər qazanıb?
Dünyanın ən bahalı futbolçusu kimdir?
Ən bahalı futbolçular hansılardır?
İlin ən bahalı futbolçuları açıqlandı
Avro 2024-ün qalibi və iştirakçıları nə qədər qazanacaqlar?
Dünyanın ən bahalı futbolçusu kimdir?
AB Azərbaycana 14 milyon ayırıb
Dünya çempionatının ən bahalı millisi
"Qarabağ" avrokuboklardan nə qədər qazandı? - Məbləğ
Ən çox qazanan Türk müğənniləri açıqlandı - SİYAHI
Magistraturaya qəbul imtahanının nəticələri elan olundu
“Qarabağ” Medina ilə bağlı rəsmi açıqlama yaydı
Prezident bu bankın sədrini təltif etdi
Prezident onları təltif etdi
Temperatur 36 dərəcəyə yüksələcək
"İdrak"da müəllimi güllələyən şagirdlə bağlı qərar
Maştağada 62 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
Övladı birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ
Nabran yolu nə vaxt açılacaq?
Xəzər dənizində zəlzələ oldu
Messi rekordları alt-üst etdi
Məryəmin orqanları 6 nəfərə həyat verdi
Şükürbəyli kəndinə daha 45 ailə yola salınıb
"Qarabağ" Elvinin yerinə Lanqanı gətirir
Neft sürətlə ucuzlaşır 