"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin VI tur matçında Lüksemburq "Düdelanj"ı ilə Bakıdakı 1:1 hesablı heç-heçəyə görə UEFA-dan 190 min avro mükafat alacaq. ONN media xəbər verir ki, Avropa futbol qurumu yarışın qrup mərhələsində hər bərabərlik üçün bu qədər ödəniş edir. "Qarabağ" Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandığı üçün 2,92 milyon avro mükafat da əldə edib. Həmçinin Lüksemburqda "Düdelanj" üzərində 4:1 hesablı qələbəyə görə 570 min avro, Kipr APOEL-i ilə Bakıda 2:2-lik bərabərlik üçün isə 190 min avro irəli düşüb. Üstəlik, Ağdam təmsilçisi cari mövsümdə Çempionlar Liqasında (ÇL) ilk 3 təsnifat mərhələsində iştirak üçün həmrəylik ödənişindən müvafiq olaraq 280 min avro, 380 min avro və 480 min avro, yəni ümumilikdə 1 milyon 140 min avro qazanıb. Beləliklə, Ağdam təmsilçisinin 2019/2020 mövsümü üçün qazancı 5 milyon 10 min avroya (10 milyon manatdan çox) çatıb. Lakin bu, yekun məbləğ deyil. UEFA heç-heçələrdən qalan əlavə məbləği (hər bir bərabərlikdən sonra 190 min avro qalır) qrup mərhələsinin iştirakçıları arasında qələbə sayına uyğun böləcək. Qeyd edək ki, Avropa Liqasında qrup qalibləri hərəyə 1 milyon avro, ikinci yeri tutanlar 500 min avro alacaqlar. Pley-offa çıxanlar əlavə 500 min avro, 1/8 final iştirakçıları 1,1 milyon avro, 1/4 finalçılar 1,5 milyon avro, yarımfinalçılar 2,4 milyon avro, finalçılar hərəyə 4,5 milyon avro, qalib 4 milyon avro qazanacaq.
"Qarabağ" avrokuboklardan nə qədər qazandı? - Məbləğ



"Qarabağ"FK Avropa Liqasından nə qədər qazanıb?
ÇL: “Qarabağ” bu mərhələni adlasa nə qədər qazanacaq?
UEFA növbəti dəfə "Qarabağ"a ödəniş etdi
Avro 2024-ün qalibi və iştirakçıları nə qədər qazanacaqlar?
AFFA "Qarabağ"la bağlı məlumat yaydı
Klublarımız UEFA-dan nə qədər vəsait əldə edib?
Türkiyə millisi AVRO-2024-dən nə qədər pul qazandı?
“Qarabağ”ın Çempionlar Liqasındakı təqribi qazancı müəyyənləşdi
UEFA "Qarabağ"a 4 milyon avro ayırdı
"Qarabağ" sərvət qazandı
Dünyanın ən bahalı futbolçusu kimdir?
AVRO-2020: Bilet sifarişində REKORD qeydə alındı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 