Türkiyəli ağırlıqqaldıran Yusif Fehmi Genc Azərbaycan Prezidenti İlham Əliyevə və xalqına təşəkkür edib.
ONN media xəbər verir ki, bunu açıqlamasında türkiyəli idmançı bildirib.
73 kq çəki dərəcəsində İslamiadanın qalibi olan atlet 2023-cü ildə Ermənistanda keçirilən Avropa çempionatında yaşananları xatırlayıb:
"Öncəliklə onu demək istəyirəm ki, mən 2023-cü ildə Ermənistanda keçirilən Avropa çempionatının qalibi olmuşdum və medalımı Azərbaycan xalqına həsr etmişdim. Bu hadisədən sonra Cənab Prezident İlham Əliyev məni və komanda yoldaşlarımı ölkənizə dəvət etmişdi. Azərbaycan Prezidentinə və xalqına təşəkkürümü bildirirəm".
O, azərbaycanlı ağırlıqqaldıranlarıla xoş münasibətdə olduğunu vurğulayıb:
"Bu yarışda da çempion oldum. Rahat şəkildə qızıl medal qazanacağıma əmin idim. Çünki özümə inanıram. Azərbaycanlı idmançıların da uğurlu çıxış edəcəklərinə inanıram. Onlarla xoş münasibətimiz var. Xüsusilə Dadaş Dadaşbəyli və İsa Rüstəmovla yaxşı əlaqələrimiz var".
Qeyd edək ki, 2023-cü ildə Ermənistanda keçirilən Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağına qarşı hörmətsizlikdən sonra milli komandamız yarışa qatılmadan Vətənə qayıtmışdı
Türkiyəli idmançı Əliyevə təşəkkür etdi



Qurban Qurbanov çempion oldu
Üç idmançımız finala yüksəlib
İlham Zəkiyev qızıl medal qazandı
Ərdoğan Azərbaycan Prezidentinə TƏŞƏKKÜR ETDİ
Azərbaycanlı qızdan böyük uğur
Rafael Ağayev karyerasını nə zaman bitirəcək? - ÖZÜ AÇIQLADI
İrəvanda medal qazanan Türkiyə idmançıları Azərbaycana dəvət olunur
Ramilə Əliyeva Avropa çempionatında gümüş medal qazandı
Azərbaycan cüdoçusundan daha bir qalibiyyət
Tatarıstan prezidenti mənə maşın hədiyyə etdi - Feyziyev
Veteran cüdoçumuz Avropa Çempionu oldu
Fudokançılarımız daha iki medal qazandılar
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 