ONN İnformasiya Agentliyi

Bu futbolçular Türkiyə millisindən uzaqlaşdırıldı

Bu futbolçular Türkiyə millisindən uzaqlaşdırıldı
17-11-2025, 15:45
Futbol üzrə Türkiyə milli komandasının heyətində İspaniya ilə oyun öncəsi dəyişiklik edilib.
ONN media xəbər verir ki, bu barədə Türkiyə Futbol Fedarasiyası (TFF) məlumat yayıb.
Məlumata əsasən, milli komandanın üzvləri - Kaan Ayhan və Aral Şimşir zədə səbəbindən siyahıdan çıxarılıb.
Qeyd edək ki, daha əvvəl də komandanın kapitanı Hakan Çalhanoğlunun siyahıdan çıxarıldığı açıqlanmışdı.
Əlavə edək ki, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək İspaniya – Türkiyə oyunu noyabrın 18-i Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png