Səhər saat 5-ə qədər yatmamışıq. Ancaq zənglərə cavab vermişik.
ONN media xəbər verir ki, bu sözləri Teleqraf-a açıqlamasında “Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadənin atası Ələmdar Mustafayev deyib.
Futbol mütəxəssisi UEFA çempionlar Liqasının VII turunda “Qarabağ”ın Bakıda Almaniya təmsilçisi "Ayantraxt" üzərində 3:2 hesablı qələbəsi ilə bağlı təəssüratlarını bölüşüb.
Mustafayev oğlunun 90+4-cü dəqiqədə vurduğu qələbə qolundan da danışıb:
“Bundan gözəl səhər ola bilməzdi, bu, dəqiqdir. Oyuna stadiondan baxırdım. Qol vurulan anda sevincimizdən bir-birimizi qucaqladıq, heç bilmədim qolu kim vurub. Top mərkəzə gələnə qədər bunu bilmədim. Ancaq onunla qucaqlaşırdım, bununla qucaqlaşırdım. Sadəcə, “Qarabağ”ın qol vurduğunu gördüm. Tamaşaçılar “Bəhlul, Bəhlul” deyə qışqırırdı. Sonra gedişata baxanda gördüm ki, odur. Komanda üçün daha çox sevindim. Bəhlulun da qol vurması mənim üçün xoşdur. Amma kim vursaydı, yenə eyni sevinci yaşayacaqdım. Bəhlulun qol vurması xüsusi bir şeydir. Cənab Prezidentin təbrikini də oxudum. O boyda ölkə başçısının diqqətindədirsə bu oyun, böyük bir şeydir”.
Ələmdar Mustafayev Ağdam klubunun hesabda geri düşməsindən də söz açıb:
“78-ci dəqiqədə hesabda geri düşəndə inanılmaz idi. Bərabərlik qolu vaxtında vuruldu, ikinci top daha qiymətli idi. Çempionlar Liqasının qrup mərhələsində qol vuran ilk azərbaycanlı futbolçu olması qürurverici bir şeydir. Azərbaycanlı olması ilə yanaşı, övladım olduğu üçün də qürur duyuram. Bu qolu irəliyə doğru atılan addım hesab edirəm. Amma legionerliyi deyə bilmərəm. Çünki “Qarabağ” özü artıq markadır. Çempionlar Liqasında oynamaq, Azərbaycanı təmsil etmək qədər qiymətli şey bilmirəm”.
Qeyd edək ki, “Qarabağ” hazırda 10 xalla Çempionlar Liqasının turnir cədvəlində 18-ci pillədə yer alır.



“Qarabağ”dan möhtəşəm qələbə
"Qarabağ"dan inanılmaz qələbə- YENİLƏNİB
"Atletik Bilbao" - "Qarabağ" matçına hansı kanalda baxaq?
“Qarabağ” tarix yazdı
“Qarabağ” məğlub oldu
“Qarabağ” tarixi qələbəyə imza atdı
"Qarabağ" Çempionlar Liqası ilə vidalaşdı
"Qarabağ" "Malmö"yə uduzdu
"Qarabağ" daha bir tarix yazdı
"Qarabağ"dan möhtəşəm qələbə
"Qarabağ"- "Lion" a məğlub oldu
İsrailli diplomat “Qarabağ”ı təbrik etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 