Son günlər Türkiyə və yerli mətbuatda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun “Beşiktaş”ın baş məşqçi postuna namizədlər arasında yer aldığı iddia edilir. Bir neçə gün öncə Sergen Yalçınla yollarını ayıran İstanbul təmsilçisinin komandanı etibar etmək istədiyi namizədlərdən birinin də məhz “Qarabağ”ın çalışdırıcısı olduğu bildirilir.
ONN media xəbər verir ki, hətta iddialara görə, rəhbərlik artıq 54 yaşlı mütəxəssislə təmasa keçib.
Qurbanov Azərbaycan Premyer Liqasının XXXIII turunda “Sumqayıt”la oyundan (4:3) sonra bu barədə suala cavabında Ağdam klubu ilə müqaviləsinin davam etdiyini bildirib.
“Beşiktaş”ın idman direktoru Öndər Özen Teleqraf-a açıqlamasında hazırda yeni baş məşqçi ilə bağlı adların dəqiqləşmədiyini bildirib:
"Qurban Qurbanovla bağlı hər hansı təşəbbüsümüz və ya marağımız yoxdur. Qurban hoca çox dəyərli, son dərəcə uğurlu bir mütəxəssisdir və ona böyük hörmət bəsləyirik. Ancaq hazırda “Beşiktaş” klubununun gündəmində belə bir məsələ mövcud deyil. Sonda qeyd edim ki, klubun bu məsələ ilə bağlı hər hansı məlumatı və yayılan xəbərlərin də klubla heç bir əlaqəsi yoxdur”.
Qeyd edək ki, Qurban Qurbanov 2008-ci ildən “Qarabağ”ın baş məşqçisidir.



Qurbanov "Beşiktaş"a transfer oluna bilər?
Məşhur klub Qurbanovu istəyir?- ŞOK İDDİA
"Qarabağ" "Beşiktaş"la qarşılaşacaq - Tarix açıqlandı
"Qarabağ"dan dava açıqlaması
Qurban Qurbanov "Benfika"nı çalışdıracaq? – Rəsmi
Qurban Qurbanov onun satılmasını istəmir
Qurbanov püşkü dəyərləndirdi: "Ciddi rəqiblə qarşılaşacağıq"
“Beşiktaş”da iki ayrılıq
Beşiktaş baş məşqçi ilə yollarını ayırdı
"Beşiktaş"dan GURULTULU TRANSFER
Qurban Qurbanov transfer olunacaq?
Qurban Qurbanov tarixi qələbəni belə şərh etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 