Danimarkanın Kopenhagen və Herninq şəhərlərinin ev sahibliyi etdiyi hokkey üzrə dünya çempionatında 16 komanda birincilik uğrunda mübarizə aparıb.
ONN media xəbər verir ki, 82-ci dəfə təşkil olunan mundialın qızıl medalı uğrunda görüşdə İsveç və İsveçrə yığmaları qarşılaşıblar. Gərgin idman mübarizəsi şəraitində keçən oyunun əsas vaxtı 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Overtaymda da komandalar fərqlənmədiyindən qalib bullit seriyasında müəyyənləşib. Bullit seriyasında Filip Frisberq fərqlənməklə İsveç millisinə 3:2 hesablı qələbə qazandırıb və komanda dünya çempionatının qızıl medalına sahib olub.
Bürünc medal uğrunda görüşdə ABŞ və Kanada yığmaları üz-üzə gəliblər. Rəqibini 4:1 hesabı ilə məğlub edən ABŞ hokkeyçiləri dünya çempionatının bürünc medalına sahib olublar. Çempionatın favoritlərindən hesab olunan ABŞ yığması 2015-ci ildən indiyədək ilk dəfədir mükafatçılar sırasında yer alıb. Kanada yığması isə əksinə son üç ildə ilk dəfədir ki, çempionatı mükafatsız tərk edib. Ötən üç dünya çempionatında Kanada millisi iki dəfə qızıl, bir dəfə gümüş medal qazanıb.
ABŞ millisinin hücumçusu Patrik Keyn dünya çempionatının rekordunu yeniləyib. Belə ki, hokkeyçi keçirdiyi 10 oyundan 20 xal toplayıb. Əvvələr bu rekord kanadalı Deni Hitliyə məxsus olub.
Qeyd edək ki, ötən il Almaniya və Fransanın birgə ev sahibliyi etdiyi dünya çempionatının da qalibi İsveç hokkeyçiləri olublar. Növbəti dünya çempionatı gələn il mayın 10-dan 26-dək Slovakiyada təşkil olunacaq.



Güləşçimiz dünya çempionu oldu
Azərbaycanın xanım idmançısı dünya çempionu oldu
Mariya Stadnik 8 qat Avropa çempionu oldu
Cüdoçumuz İslamiadada qızıl medal qazandı
Serbiya - Azərbaycan matçında hesab bərabərləşdi - YENİLƏNİR
Güləşçilərimiz daha 3 medal qazanıb
Hacı Əliyev üçqat Avropa çempionu olub
İlham Zəkiyev medal qazandı
Azərbaycan cüdoçuları Avropa Kubokunda 1 qızıl və 1 bürünc medal qazanıblar
Mərakeş İspaniyaya qalib gələrək 1/4-ə finala yüksəldi
İlham Zəkiyev yenidən Avropa çempionu olub
Hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatı keçirilib
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 