Məşhur italyan müğənni Al Bano Bakıda keçiriləcək Cüdo üzrə Dünya Çempionatının açılış mərasiminə qatılacaq.
ONN media xəbər verir ki, 75 yaşlı sənətçi Azərbaycana Beynəlxalq Cüdo Federasiyasının (IJF) dəvəti ilə gələcək. O, sentyabrın 20-də Milli Gimnastika Arenasında keçiriləcək açılış mərasimində konsert proqramı ilə çıxış edəcək.
Daha çox “Felisita” mahnısının ifaçısı kimi tanınan Al Bano ötən il Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş dünya çempionatının açılış mərasimində IJF-nin himnini oxuyub və yarım saatlıq konsert proqram ilə çıxış edib.
Qeyd edək ki, bu günə qədər Al Bano dünyada 165 milyon albom satıb. Al Bano Karrizi, həmçinin, 2001-ci ildən Birləşmiş Millətlər Təşkilatının xoşməramlı səfiridir.
Xatırladaq ki, Bakıda təşkil olunacaq Cüdo üzrə Dünya Çempionatı 20 - 27 sentyabrda keçiriləcək.
Yarış üçün biletləri "Asan Xidmət" mərkəzləri, şəhərin bütün kassaları, eləcə də onlayn olaraq iTicket.az saytından əldə etmək mümkündür. Biletlərin qiyməti kateqoriyalara uyğun olaraq, səhər yarışları üçün 1 və 5 manat, VİP yerlərə 25 manat, final mərhələsi üçün 2 və 10 manat, VİP yerlərə isə 50 manatdır.



İllərin sevilən sənətkarı BAKIDA - Foto
Bakıda ilk dəfə akrobatika gimnastikası üzrə dünya çempionatı keçiriləcək
Prezident və xanımı bədii gimnastika üzrə 37-ci dünya çempionatının açılış mərasimində
Prezident və xanımı açılışda iştirak etdilər
Azərbaycanın cüdo tarixində bir İLK
Ərdoğan dünya çempionatının finalında iştirak edəcək
Azad Rəhimovdan çempionatla bağlı açıqlama
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dünya çempionatının açılış mərasimində
Prezident cüdo yarışlarını izləyir
İlham Əliyev Putinlə cüdo yarışlarına baxır
"Formula 1"lə bağlı son VƏZİYYƏT
İran yarışlardan kənarlaşdırıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 