Yaxşı rəqibə qarşı oynadıq, onlar da qələbə qazanmaq istəyirdilər. Qələbəyə görə komandamızı təbrik edirəm. Kifayət qədər yaxşı oynadıq və liderliyimizi möhkəmləndirdik. Rəqibə gəlincə, onlar sonuncu pilləyə layiq deyillər.
ONN media xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Roberto Bordin səfərdə "Zirə"yə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının V tur matçından sonra mətbuat konfransında deyib. İtaliyalı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb.
İlk hissənin son dəqiqələrində rəqib baş məşqçisi Samir Abasovla münaqişəniz oldu. Bu, nə ilə əlaqədar idi?
- Bunu konflikt kimi qeyd etməzdim. Sadəcə, bir-birimizi başa düşmədik. Hərəkətimizlə komandamızı pis vəziyyətdə qoyduq. Bu hərəkətimə görə peşmanam.
Mirabdulla Abbasov son zamanlar karyerasının zirvəsindədir. Onu milliyə layiq görürsünüz?
- Əlbəttə, hansısa futbolçumun milliyə dəvət alması sevindirici haldır. Mirabdulla yaxşı futbolçudur, öz üzərində çalışır.
Komanda qol vuranda müdafiəyə çəkilir, bundan sonra isə arxa xətdə səhvlər edirsiniz. Buraxılan qollar sizi narahat etmir?
- Futbol müdafiə və hücumdan ibarətdir. Düşünmürəm ki, biz arxaya çəkilirik, lazım olanda hücum edirik. İmkan düşdükcə boşluqlar tapıb qol vurmağa çalışırıq. Düşünmürəm ki, müdafiə futbolu oynayırıq.



"Neftçi"nin baş məşqçisi xərçəngə qalib gəldi
Azərbaycana oynamaq imkanı vermədik - Hapal
Qurban Qurbanov oğlunun oyunundan danışdı
"Neftçi"nin yeni baş məşqçisi kimdir ?
"Neftçi"nin yeni baş məşqçisi geri çəkilir?
Qurban Qurbanovdan ilk açıqlama gəldi
Bakıda qələbə qazanmaq asan olmayacaq - Baş məşqçi
Samir Abasov: Bakıya yaxşı nəticə ilə qayıtmaq istəyirik
"Qəbələ"nin baş məşqçisi geri dönüşdən danışdı
Qurbanov 3 pillə İRƏLİLƏDİ
"Neftçi"nin baş məşqçisi postuna namizədlər kimdir?
Qurbanovdan qələbə şərhi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 