“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan çempionatları tarixinə düşüb.
ONN media PFL-ə istinadən məlumat verir ki, 46 yaşlı mütəxəssis 1992-ci ildən keçirilən yarışın 26 illik tarixində ən çox qələbə qazanan məşqçi ünvanına yiyələnib. Bu rekord Premyer Liqanın I turundan təxirə salınan “Zirə” ilə matçda rəsmiləşib. 3:2 hesablı qələbə Q.Qurbanovun çempionatlarda 205-ci uğuru olub. Klub karyerasında “Neftçi” və “Qarabağ”a rəhbərlik edən mütəxəssis məşqçi kimi 13-cü mövsümündə, 347-ci qarşılaşmada rekord vurub. Onun komandaları matçların təxminən 59 faizində qalib gəlib.
V turun “Qəbələ” ilə matçında əldə olunan 4:1 hesablı qalibiyyətlə rekorda şərik çıxan Q.Qurbanov təxirə salınan matç keçirildikdən sonra aktivində 204 qələbə olan Ağasəlim Mircavadovun rekordunu arxada qoyub. Sonuncu “Qarabağ”, “Bakı fəhləsi”, “Şəmkir”, “Neftçi”, “Xəzər Lənkəran”ı ümumilikdə 343 çempionat oyununa çıxarıb.
“205”ə çatan Q.Qurbanov baş məşqçi kimi Azərbaycan çempionatlarında 2006/07 mövsümündə debüt edib. Onun ilk qələbəsi “Neftçi”dəki debüt matçına təsadüf edib. 2006-cı il avqustun 6-da Q.Qurbanovun yetirmələri “Gənclərbirliyi”ni məğlubiyyətə uğradıb – 6:1.
Qeyd edək ki, ölkə çempionatlarının yeni rekordçusu “Zirə” ilə matçda yubiley də qeyd edib. Q.Qurbanov “Qarabağ”ı bütün turnirlərdə (çempionat, kubok, avrokubok) üst-üstə 450-ci oyuna çıxarıb.



Qurbanovdan növbəti REKORD
“Qarabağ”dan TARİXİ REKORD
“Qarabağ”dan rekord
Məşhur klub Qurbanovu istəyir?- ŞOK İDDİA
"Qarabağ" səfərdə "Sumqayıt"ı darmadağın etdi
“Qarabağ” Avropada 5 klubdan biri oldu
“Neftçi”dən növbəti qələbə
"Qarabağ"dan daha bir qələbə
Qurbanov "Beşiktaş"a transfer oluna bilər?
Yeni futbolçular transfer olunacaq- Qurbanov açıqladı
Qurban Qurbanovdan komanda ilə bağlı açıqlama
"Qarabağ" və "Qəbələ" komandaları üz-üzə gələcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 