ABŞ-ın Nevada ştatının Atletika komissiyası UFC 229 turnirində irlandiyalı idmançı Konor Makqreqor üzərində qələbə qazanan rusiyalı Həbib Nurməhəmmədova qazandığı mükafatı ödəməyəcək.
ONN media Rusiya KİV-inə istinadən xəbər verir ki, bu haqda UFC-nin rəhbəri Deyna Uayt bildirib.
“O, bütün məbləği götürə bilməyəcək. Həbib öz çempionluq kəmərini saxlayacaq, ancaq diskvalifikasiya ediləcək. Ehtimal ki, bu, 4-6 ay müddətlik olacaq”, - o deyib.
Qeyd edilir ki, həmçinin rusiyalı ABŞ ərazisində döyüşlər keçirə bilməyəcək və başqa ölkələrdə yarışlara dəvət edilməyəcək.
Qeyd edək ki, Həbib Nurməhəmmədov qələbəyə görə 2 milyon dollar almalı idi. Sayt qeyd edib ki, idmançıya 250 min dolların ödəniləcəyi gözlənilir.
Xatırladaq ki, Həbib Nurməhəmmədov Amerikanın Las-Veqas şəhərində oktyabrın 7-də keçirilən UFC turniri üzrə yüngül çəkidə çempion titulu uğrunda döyüşdə irlandiyalı Konor Makqreqora qalib gəlib. Hakimlər 4-cü raundda rusiyalı döyüşçünün qələbəsini qeydə alıblar.
Nurməhəmmədov 4-cü raundda rəqibə qarşı boğucu fənd işlədib və bundan sonra irlandiyalı təslim olub.
Təkbətək döyüşün tamamlanmasından dərhal sonra Rusiya idmançısı rinqdən kənarda mübahisə edib və azarkeşlərin üzərinə hücum edib. Polis davanı dayandırmağı bacarıb. Bundan sonra UFC-nin başçısı Konor Makqreqorun komandasına xəbərdarlıq edib, həmçinin Rusiya döyüşçüsünün qonorarını dondurub.



Həbiblə Makqreqor yenidən RİNQƏ ÇIXACAQ?
Həbibdən İNANILMAZ ADDIM
Həbib bu addımı ilə bütün müsəlmanların qəlbini FƏTH ETDİ
Konor etiraf etdi: “Həbib fenomenal döyüşçüdür”
Konor və Həbib arasında revanş döyüşü ola bilər?
Həbib və Makqreqor arasında QIZĞIN DAVA
Həbib növbəti döyüşü bu tarixdə olacaq
Həbibdən Konora ÜZÜCÜ CAVAB
Nurməhəmmədov "UFC" çempionu titulunu qorudu
Makqreqor və Nurməhəmmədov yenidən qarşı-qarşıya gəldi
Həbib Nurməhəmmədovun atasından gözlənilməz addım
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 