AFFA Region Liqasının son turunda baş verən davalarla bağlı klub nümayəndələri, məşqçilər, futbolçular və inzibati heyətin üzvlərinə müraciət edib. ONN media xəbər verir ki, müraciətdə deyilir: “Təəssüf ki, Region Liqası turnirinin ötən həftəsonu keçirilmiş III tur oyunlarının bir neçəsində intizamsızlıq halları baş verib. Hakim qərarlarına etiraz fonunda məşqçi və futbolçuların iştirakı ilə kütləvi dava-dalaş cəhdlərinə yol verilib, bunun nəticəsində oyunlarda bir neçə dəqiqəlik fasilələr yaranıb. AFFA nümayəndələrinin və təhlükəsizliyə cavabdeh şəxslərin müdaxiləsi ilə dava-dalaş cəhdlərinin qarşısı alınıb, turun bütün oyunları sona qədər oynanılıb. AFFA və Region Liqasının təşkili üzrə İşçi qrupu belə intizamsızlıq cəhdlərini kəskin şəkildə pisləyir, bütün komandaların turnirin Əsasnaməsində göstərilmiş qaydalara riayət etməsinin vacibliyini bildirir. Cari turda qeydə alınmış qayda pozuntularına AFFA-nın İntizam Komitəsi tərəfindən müvafiq hüquqi qiymət veriləcək. Region Liqasının bütün iştirakçılarının bir daha diqqətinə çatdırılır ki, analoji hallar təkrarlanacağı təqdirdə, təqsirkar komandanın turnirdən kənarlaşdırılması məsələsinə baxılacaq. Bütün komandaları qaydalara riayət etməyə və futbolun gözəlliyindən zövq almağa çağırırıq. Bir daha xatırladırıq ki, AFFA Ədalətli Oyun, həmçinin meydanda və meydandan kənarda tərəflərin bir-birinə hörmət və ehtiram prinsiplərini dəstəkləyir!” Qeyd edək ki, “Baku” – “Şahdağ” (Qusar) və “Kürmük” (Qax) – “Şəki” oyunlarında məşqçilər, futbolçular və azarkeşlər arasında kütləvi dava olub.
AFFA -dan klublara xəbərdarlıq



AFFA-da İSTEFA
AFFA yarışların təxirəsalınma müddətini uzatdı
"Qarabağ"ın oyunundakı təxribata AFFA-dan münasibət
"AFFA"-dan erməni təxribatına münasibət
Azərbaycanda iki oyunçu futboldan kənarlaşdırıldı - NİYƏ?
AFFA -dan cəzalar
AFFA-nın yeni prezidenti kim seçildi?
AFFA-nın yeni prezidenti kim olacaq?
AFFA millinin 7 nəfərlik məşqçi heyətini açıqladı - SİYAHI
AFFA bu məşqçini cəzalandırdı
AFFA millimizin baş məşqçisi ilə bağlı QƏRAR VERDİ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 