Mütləq Döyüş Çempionatının (UFC) qalibi Həbib Nurməhəmmədovdiskvalifikasiya olunacağı təqdirdə hər gün məşq edəcək və dünyanı gəzəcək.
ONN media oxu.az -a istinadən bildirir ki, bu haqda döyüşçünün atası və məşqçisi Abdulmanap Nurməhəmmədov deyib.
“Qonşu Azərbaycandan bizi çağırırlar, Türkmənbaşı dəvət edir. Qırğızıstan prezidenti bizi şəxsən çağırıb. Bu ölkədə bizə çox yaxşı mühafizə ayırdılar və bizi hamıdan xoş qarşıladılar. Müsəlmanların yaşadığı Malayziyadan və İndoneziyadan təklif var və mən Həbiblə bu ölkələrə getmək istəyirəm”, - deyə Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədov bildirib.
Onun sözlərinə görə, altı ölkənin prezidenti tərəfindən dəvət alsalar da, bu dəvətlərə müsbət cavab vermək imkanına malik olmayıblar.
“Doqquz aylıq diskvalifikasiya olacağı təqdirdə, o, səhərlər gimnastika və məşq edəcək. Gündə 3,5 saat məşq edirik. Həmçinin bütün dünyanı gəzəcəyik”, - deyə Abdulmanap Nurməhəmmədov oğlunun avtobioqrafiyasının Mahaçqaladakı təqdimatı zamanı bildirib.
O qeyd edib ki, Həbib formasını itirməməlidir:
“İstənilən an biz 100 günlük məşq bazasına getməyə və təklif edilən istənilən rəqiblə qarşılaşmağa hazır olmalıyıq. Lakin seçimi, əlbəttə ki, biz edəcəyik. Əminliklə deyə bilərəm ki, bizi qane etməyəcək variantları geri çevirəcəyik”.
Nurməhəmmədov UFC çempionu kəmərini 7 oktyabrda Makqreqora qarşı döyüşün dördüncü raundunda boğucu fəndlə qalib gələrək qoruyub. Döyüşdən sonra rusiyalı tamaşaçıların olduğu zalda kütləvi dava olub. Hər iki döyüşçü 10 dekabr tarixinədək döyüşlərdən kənarlaşdırılıb.
Dekabrın 6-sı məlum olub ki, Makqreqor öz işinin baxılmasının təxirə salınmasını xahiş edib və Nevada ştatının Atletik Komissiyası bu xahişi müsbət cavablandırıb. Həmin gün komissiya Nurməhəmmədovun vəkillərinin bu barədə xahişini qəbul edib.
Rusiyalı döyüşçü karyerası boyunca 27 döyüşdə iştirak edib və məğlub olmayıb.



Həbib MƏŞHUR TÜRK SERİALINDA
Həbibin atası koronavirusa qalib gəldi
Həbib döyüşə çıxmaqdan imtina etdi
Həbib Nurməhəmmədov koronaya yoluxdu
Həbib açıqladı: Bu ölkədə döyüşəcəm
Həbib Nurməhəmmədovun atasından gözlənilməz addım
Həbib Nurməhəmmədovla Putin görüşdü
Həbib karyerasını bitirir? - ÖZÜ AÇIQLADI
Həbib şikayətləndi — "Məni yorurlar..."
Həbibdən Azərbaycanla bağlı AÇIQLAMA: "Elə yedizdirəcəklər ki…"
Həbibdən İNANILMAZ ADDIM
Həbiblə Makqreqor yenidən RİNQƏ ÇIXACAQ?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 