NATO ölkələri 2020-ci ilədək müdafiə xərclərini artıracaq və bu məqsədlə əlavə 100 milyard avro vəsaiti öz hərbi büdcələrinə cəlb edəcəklər.
ONN media Azərtac-a istinadən xəbər verir ki, bu barədə məlumatı İsveçrənin “Neue Zürcher Zeitung” qəzeti NATO-nun baş katibi Yens Stoltenberqin müsahibəsinə istinadla yayıb.
Baş katib bildirib ki, son dövrlərdə ABŞ Prezidenti Donald Trampın NATO tərəfdaşlarının aşağı hərbi xərcləri ilə bağlı iradları öz təsirini göstərib. O, yaxın gələcəkdə real vəsaitlər və real nəticələrin şahidi olacaqlarını qeyd edib.
ABŞ Prezidenti dəfələrlə NATO ölkələrini tənqid edərək, real hücum təhlükəsi olduğu təqdirdə onların yardım zəmanətinə şübhə ilə yanaşdığını bildirib. Buna görə də o, alyans üzvlərindən, ilk növbədə, Almaniyadan müdafiə xərclərini artırmağı tələb edib.
Xatırladaq ki, NATO ölkələri 2014-cü ildə (Buxarest Razılaşması) qarşıdakı on il ərzində müdafiə xərclərini ümumi daxili məhsulun 2 faizi həcminə çatdırılmasına dair öhdəlik götürüblər. Lakin alyansa üzv olan 29 ölkənin təxminən yarısı bu hədəfdən çox uzaqdadır.



Rusiya NATO ilə müharibəyə girəcək?
NATO-dan SON DƏQİQƏ -Türkiyə açıqlaması: "ABŞ və İngiltərə..."
NATO-nun yeni baş katibi qadın ola bilər
NATO: "Ukraynaya qoşun göndərməyi planlaşdırmırıq"
NATO ölkələri müdafiə xərclərini artırmaq niyyətindədir
NATO: "Ukraynaya ağır silahlar göndərin və dəstək formasını dəyişin"
İlham Əliyev Brüsseldə NATO-nun baş katibi ilə görüşdü
NATO İraqda apardığı təlimləri dayandırdı
Moskvada ofisimizi yenidən açmağa hazırıq - NATO
Qarabağda baş verən son hadisələr NATO-da MÜZAKİRƏ EDİLƏCƏK
Türkiyədən ŞOK AÇIQLAMA: NATO-dan çıxır
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 