Türkiyə Suriyanın ərazi bütövlüyünün qorunmasının lehinədir.
ONN media xəbər verir ki, belə bir bəyanatla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.
R.T.Ərdoğan əlavə edib ki, Rusiya və İran da Suriyanın ərazi bütövlüyünün qorunmasının lehinədir.
Türkiyəli lider qeyd edib ki, ölkəsinin səyləri nəticəsində Suriyanın şimalında yerləşən bir sıra rayonlarda ümumilikdə region üçün təhlükə törədən terrorçular məhv edilib.