Fevralın 7-8-də geomaqnit qasırğasının baş verəcəyi gözlənilir. Maqnit sahəsinin Z komponentinin istiqaməti cənubu göstərərsə, geomaqnit həyəcanlaşması daha güclü olacaq. ONN media xəbər verir ki, Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev Trend-ə bildirib ki, hazırda Günəşin görünən diskində heç bir Günəş ləkəsi müşahidə olunmur və gündüz ulduzumuz olan Günəş alışmalar generasiya etməyə qadir deyil. E.Babayev deyib ki, Günəşin səthində orta ölçüyə malik növbəti tac dəliyi formalaşıb. Tac dəliyindən yüksək sürətli Günəş küləyi (yüklü zərrəciklərdən ibarət plazma) öz başlanğıcını götürərək planetlərarası fəzaya, o cümlədən Yerə doğru yönəlmiş olur. Tac dəliyindən “əsən” Günəş plazma küləyinin təsirlərinin 7-8 fevral tarixlərində Yerə çatması gözlənilir. Həmin plazma küləyi Yer maqnetosferində həyəcanlaşma yaradacaq və nəticədə hətta zəif səviyyəli geomaqnit qasırğasının baş verəcəyi də gözlənilir. Sonuncu güclü həyəcanlaşma və qısamüddətli qasırğa fevral ayının əvvəlində baş vermişdi: "Planetlərarası maqnit sahəsinin Z komponentinin istiqaməti cənubu göstərərsə, 7-8 fevral tarixlərində müşahidə olunacaq geomaqnit həyəcanlaşması daha da güclü olacaq. Bu gün üçün geomaqnit həyəcanlaşmasını xarakterizə edən əsas Kp indeksinin qiyməti 1-3 arasında dəyişir. Ehtimal olunur ki, 7-9 fevral tarixlərində bu qiymət qalxacaq. Hazırda atmosfer təzyiqi normadan yüksəkdir".
Fevralın 7 -də NƏ BAŞ VERƏCƏK? - XƏBƏRDARLIQ



Güclü geomaqnit qasırğası gözlənilir
Bu tarixlərdə hava insanlar üçün TƏHLÜKƏLİDİR
Geomaqnit qasırğası olacaq — XƏBƏRDARLIQ
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ: Yanvarın 15-də...
Geomaqnit qasırğası başladı
Maqnit qasırğası olacaq
Əhaliyə iki günlə bağlı ciddi XƏBƏRDARLIQ - Sabahdan etibarən...
Günəşdə nadir HADİSƏ yaşanıb - 25 - 26-sı ilə bağlı CİDDİ XƏBƏRDARLIQ
Hava ilə bağlı XƏBƏRDARLIQ- Qasırğa gözlənilir
Bu tarixlərdə maqnit qasırğası olacaq - Nə qədər davam edəcək?
Geomaqnit qasırğası ilə bağlı XƏBƏRDARLIQ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 