İranda 50 min məhkumla bağlı əfv fərmanı imzalanacaq. ONN media xəbər verir ki, bunu İran məhkəmə sisteminin rəhbəri Sadiq Amoli Laricani məhkəmə orqanlarının yüksək vəzifəli şəxsləri ilə görüşündə deyib. Laricani bildirib ki, əfv fərmanı İranda axund rejiminin qurulmasının 40-cı il dönümü ilə əlaqədar olaraq tətbiq ediləcək. O, əfvlə bağlı təklifləri “dini lider” Xamneyiyə göndərdiyini və onun da bunu qəbul etdiyini bildirib. Laricani iddia edib ki, bəziləri bu “böyük addım”a kölgə salmaq istəyirlər: “Bu insanlar siyasi məhbusların da əfv edilməsini istəyirlər. Halbuki bizim siyasi məhbus adı altında məhkumumuz yoxdur. Kimsə ölkə təhlükəsizliyinə qarşı addım atsa, bu cinayət hesab edilir və cinayət işi başladılır. Qanunda siyasi cinayətlə bağlı da müddəalar və bu növ cinayətlərin araşdırılması ilə bağlı mexanizmlər mövcuddur. Amma hazırda İranda bu cür cinayətlə tutulan məhkum yoxdur”- deyə İran məhkəmə sisteminin rəhbəri əlavə edib. Sadiq Laricani İranda tənqidin vəziyyətinə də toxunaraq, ölkəsində “heç kimin tənqidə görə tutulmadığını” deyib. Onun fikrinə görə, İranda yalnız ölkə rəhbərliyini və müqəddəsləri “təhqir etdiyinə” görə həbs edilənlər var. Xatırladaq ki, beynəlxalq insan haqları təşkilatları dəfələrlə İranda siyasi məhbusların mövcud olduğunu bildirib və rəsmi Tehrandan onların dərhal, qeyd- şərtsiz azad etməsini tələb ediblər. İranlı rəsmilər hər zaman ölkədə siyasi məhbusların olduğunu danmağa, onları “ölkə təhlükəsizliyinə xələl yetirən cinayətkarlar” kimi təqdim etməyə çalışır. İranda siyasi əqidələrinə və hökuməti tənqid etdiyinə görə həbs edilən bu şəxslərə qarşı məhkəmələrdə “milli təhlükəsizlik əleyhinə çalışma”, “ictimai nizamı pozma”, “xalqı itaətsizliyə təşviq etmə” və s. bu qəbildən olan qondarma ittihamlar irəli sürülür.(Publika.az)
50 min məhkumla bağlı əfv fərmanı veriləcək



İranda edam cəzası ilə bağlı - Tarixi qərar
İranda ötən il 900-ə yaxın məhbus edam edilib
Əli Laricani: "Qarabağ böhranının həlli üçün əlimizdən gələni edirik"
İranda buna görə iş yerləri bağlandı
İnstaqram bu şəxsləri blokladı
İran səfiri XİN-ə niyə çağırılıb?
İranda 9 məhbus edam edildi
ABŞ dan İranın təklifinə rədd CAVABI
İranda ŞOK ƏMƏLİYYAT: Casus şəbəkəsi ifşa olundu
ABŞ İranın şərtlərini rədd etdi
Rəisinin yerinə keçə biləcək namizədlərin siyahısı
İranda dəhşətli olay- 12 məhbus...
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 