ONN İnformasiya Agentliyi

Gülnar Məmmədova şahmat üzrə Azərbaycan çempionu oldu

Gülnar Məmmədova şahmat üzrə Azərbaycan çempionu oldu
31 May 2021 - 23:44

Naxçıvan şəhərinin Gənclik Mərkəzində keçirilən şahmatçı qadınlar arasında Azərbaycan çempionatı sona çatıb.

ONN media xəbər verir ki, çempion adını 11 turdan aktivinə 9 xal yazan Gülnar Məmmədova qazanıb. Bu onun karyerasında üçüncü Azərbaycan çempionluğudur.

Gövhər Beydullayeva, Zeynəb Məmmədyarova və Xəyalə Abdulla hərəyə 7.5 xal toplayaraq 2-4-cü yerləri bölüşdürüb, əlavə göstəricilərə görə Gövhər Beydullayeva gümüş, Zeynəb Məmmədyarova isə çempionatın bürünc mükafatçısı olub.

Xatırladaq ki, yarış 11 turdan ibarət keçirilirdi və ümumi mükafat fondu 7000 (yeddi min) AZN təşkil edirdi.

Qeyd edək ki, Azərbaycan Şahmat federasiyasına bu il keçiriləcək qadınlar arasında Dünya Kubokunda iştirak üçün təqdim edilmiş yerin sahibi ölkə çempionu Gülnar Məmmədova olub. Günay Məmmədzadə, Türkan Məmmədayarova və Ülviyyə Fətəliyeva da bu yarışda iştirak etmək hüququnu daha öncədən əldə edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png