ONN İnformasiya Agentliyi

Paşinyandan SAXTAKARLIQ: Partiyası İran vətəndaşını…

Paşinyandan SAXTAKARLIQ: Partiyası İran vətəndaşını…
03 İyun 2021 - 21:18

Ermənistan Vətəndaş Razılaşması Partiyasından deputatlığa namizəd göstərilən Tiqran Davudyanın İran vətəndaşı olduğu aşkarlanıb.

ONN  media  xəbər verir ki, bu məlumatı Emənistanın Seçkilərə Nəzarət Komitəsi yayıb.

“Seçkilərə Nəzarət Komitəsinin internetdə apardığı monitorinq nəticəsində Vətəndaş Razılaşması Partiyasından deputatlığa namizədliyi irəli sürülən Tiqran Davudyanın İran vətəndaşı olduğu aşkarlanıb. Bu, Ermənistan Konstitusiyasının tələblərinin pozulmasıdır. Konstitusiyaya əsasən, son 4 ildə Ermənistan vətəndaşı olan şəxsin namizədliyi seçkili orqanlara irəli sürülə bilər”, – komitədən bildirilib.

Tiqran Davudyana İran İslam Respublikası vətəndaşlığından çıxmasına dair sənədin surətini təqdim etmək məsləhət görülüb.

Qeyd edək ki, Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Vətəndaş Razılaşması Partiyasının qurucusudur.

İyunun 20-də Ermənistanda parlamentə növbədənkənar seçkilər keçiriləcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png