ONN MEDİA

Qurbanovdan erməni təxribatına SƏRT REAKSİYA

Qurbanovdan erməni təxribatına SƏRT REAKSİYA
07 Avqust 2019 - 22:20

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Kiprdə keçirilən APOEL – “Qarabağ” oyununda Azərbaycan klubuna qarşı erməni təxribatına sərt reaksiya verib.

ONN media Supersport.az-a istinadən xəbər verir ki, qarşılaşmadan əvvəl Kiprdəki Erməni Beynəlxalq Komitəsi Qarabağ məsələsiylə bağlı yalan, saxta məlumat yayıb. Bununla kifayətlənməyən qurum APOEL – “Qarabağ” matçına erməni bayrağı gətiribər. Kipr polisi Azərbaycan klubunun əvvəlcədən xəbərdarlıq xarakterli müraciətinə məhəl qoymayıb.

“Ümumiyyətlə, onlar haqda danışmaq, adlarını da söyləmək istəmirəm. Biz peşəkarıq, idmançıyıq. Bütün diqqətimiz oyunda, lazım olan sərfəli nəticə əldə, ölkəmizi layiqincə təmsil etmək idi. Allaha şükürlər olsun ki, çətin olsa da, qələbə qazandıq. Təxribatlara gəlincə, olub, olacaq. “Qarabağ” komandası olaraq düzgün işimiz, istəyimiz, oyunumuzla uğurlar qazanmalıyıq ki, belə xoşagəlməz məqamlar bizə təsir etməsin”, – Q.Qurbanov söyləyib.

image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png