ONN MEDİA

Salahı təhqir edənlərə AĞIR CƏZA

Salahı təhqir edənlərə AĞIR CƏZA
06 Fevral 2019 - 21:53

“Liverpul”un ulduz futbolçusu Məhəmməd Salah dini təhqirlərə məruz qalıb.

ONN media xəbər verir ki, 27 yaşlı hücumçu İngiltərə Premyer Liqasının XXV turunda “Vest Hem”lə səfər oyununda təhqir olunub. Sosial şəbəkələrdə misirli oyunçunun dini mənsubiyyətinə görə təhqir olunduğu video da yayılıb.

Polisin hadisə ilə bağlı məlumatlandırıldığı bildirilib. “Vest Hem” rəsmiləri həmin şəxslərin ömürlük stadiona girişinin qadağan olunacağını vəd edib.

Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb. “Liverpul” hazırda 62 xalla turnir cədvəlinə başçılıq edir.(Publika)

image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png