ONN İnformasiya Agentliyi

“Yuventus” baş məşqçisini istefaya göndərdi

“Yuventus” baş məşqçisini istefaya göndərdi
08 Avqust 2020 - 22:31

İtaliya “Yuventus”u baş məşqçi Mauritsio Sarrini istefaya göndərib.

ONN media  xəbər verir ki, 61 yaşlı mütəxəssislə əməkdaşlıq dayandırılıb.

Turin təmsilçisi Çempionlar Liqasının 1/8 finalında Fransa “Lion”u tərəfindən səfər qolu prinsipi əsasında mübarizədən kənarlaşdırılıb – 0:1, 2:1.

Sarri “Yuventus”a 16 iyun 2019-cu ildən rəhbərlik edirdi. Onun rəhbərliyi altında komanda ardıcıl 9-cu mövsüm İtaliya çempionluğu əldə edib. Lakin ölkə kubokunun finalında “Qoca Sinyora” “Napoli”yə uduzub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png