ONN İnformasiya Agentliyi

Neft ucuzlaşdı

Neft ucuzlaşdı
18-06-2019, 23:50

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 17-də 63,35 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,86 dollar/barel azdır. ONN media xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 62,59 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,86 dollar/barel azdır. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 58,37 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,87 dollar/barel azdır. Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 62,43 dollar/barel olub, bu da əvvəlki göstəricidən 0,67 dollar/barel azdır.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png