Hindistanın Pəncab ştatında zavodların birində partlayış baş verib. ONN media bildirir ki, partlayış sobadakı qəza səbəbindən olub. Sobanın partlaması nəticəsində azı 1 nəfərin öldüyü, daha 11 nəfərin xəsarət aldığı qeyd edilir. Yaralılar xəstəxanaya yerləşdirilib. 2 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Soba partladı: 1 ölü, 11 yaralı - Hindistanda

