Türkiyə prezidentinin sözçüsü İbrahim Kalin hökumət toplantısından sonra Suriyada həyata keçirilən “Sülh çeşməsi” əməliyyatı və Münbiç ətrafındakı vəziyyətlə əlaqədar açıqlamalar verib. ONN media xəbər verir ki, Rusiyanın Münbiç addımının qəbuledilməz olduğunu bildirib. “Rusiya ilə Suriya mövzusunu uzun müddətdir danışırıq. Rusiya bu mövzudakı həssaslığımızı yaxşı bilir. ABŞ bayrağını Rusiya bayrağı ilə əvəz etməklə PYD/YPG-nin başqa bir gücün nəzarəti altında olması qəbuledilməzdir. Bu günə qədər Amerika himayəsi və bayrağı altında bu yerləri talan edən, özlərini bu yerlərin hökmdarları elan edən təşkilatlar artıq rahatlıq tapmayacaqlar. Türkiyə bu mövzuda son dərəcə qərarlıdır”, - o deyib. İbrahim Kalın qeyd edib ki, Suriyanın ərazi bütövlüyü, siyasi birliyi və sosioloji tarazlıq baxımından PYD/YPG-nin hökmranlığına son qoymağın vaxtı gəlib: “Oradakı demoqrafik quruluşu pozan nə Türkiyədir, nə də “Sülh çeşməsi” hərəkatıdır. Demoqrafik quruluşu pozan YPG/PYD-nin özüdür. ABŞ Meksika sərhəddində təhlükəsizliyi təmin etməyə çalışdığı kimi, Türkiyənin bunu öz sərhədlərimizdə etməsi də eyni şəkildədir”. O, Bəşər Əsəd rejimi ilə rəsmi təmaslarının olmadığını, bir mesajın çatdırılmasına ehtiyac olduğu halda, bunu ruslar və ya iranlıların vasitəsilə çatdırdıqlarını vurğulayıb. "Bizim Əsəd rejiminə qarşı münasibətimiz bəllidir, dəyişən bir şey yoxdur" Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusu oktyabrın 9-dan Suriyanın şimalında PKK/YPG/PYD terror təşkilatına qarşı əməliyyat keçirir.(publika)
Ankaradan Rusiyaya SƏRT ETİRAZ



Kalın: "Bu ərazilər Türkiyənin nəzarətində olmalıdır"
Ermənistanla sülh müqaviləsinin imzalanması... - Kalın
Ankaradan ABŞ-a XƏBƏRDARLIQ
İbrahim Kalın: Putin Ərdoğanı dinləyir
SON DƏQİQƏ: Türkiyə ordusu Münbiç əməliyyatına başladı
Putinin məqsədi budur - İbrahim Kalın
"Sülh çeşməsi"ndə mühüm uğur
Qarabağ gec-tez azadlığına qovuşacaq - İbrahim Kalın
Kalın: “Cənubi Qafqaza sülh ancaq bundan sonra gələcək”
İbrahim Kalın koronavirusa yoluxdu
Türkiyə prezidentinin sözçüsü ABŞ-ın YPG-yə dəstək planını pisləyib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 