Prezident İlham Əliyevin yaşı 70-i keçmiş vəzifəli şəxslərin istefa verməsinə və dövlət orqanlarına gənclərin gətirilməsinin önəminə diqqət çəkməsi, eləcə də son günlər aparılan kadr və struktur islahatları icra hakimiyyətlərində rəhbər vəzifədə olan yaşlı kadrları da gündəmə gətirib. Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə ölkənin ən yaşlı icra başçılarından hesab olunur. O, 1947-ci il yanvarın 15-də Qax rayonunda dünyaya gəlib. 2009-cu ildən Zaqatala rayonunun icra başçısıdır. Onunla həmyaşıd olan digər İH rəhbəri isə Samur rayonunun icra başçısı Alı Qocayevdir. A.Qocayev 1947-ci il iyulun 27-də doğulub. 2012-ci ildən Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən A.Qocayevin üç övladı, yeddi nəvəsi var. İcra başçısı artıq 73 yaşını qeyd etməyə hazırlaşanlardandır. 2013-cü ildən İsmayıllı rayonuna rəhbərlik edən Mirdaməd Sadıqovun 69 yaş var. O, 1950-ci il sentyabr 1-i İsmayıllı rayonunda dünyaya gəlib. Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarovun 68 yaşı var. 2006-cı ildən Hacıqabul rayonuna başçılıq edən Ə.Muxtarov 1951-ci ildə doğulub. Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun da 68 yaşı var. Bayram Səfərov 1951-ci ildə Şuşada anadan olub. Bu il Saatlı rayonuna icra başçısı təyin edilən Nazim İsmayılov isə 67 yaşındadır. O, 1952-ci ildə dünyaya gəlib.
Azərbaycanda bu icra başçıları İSTEFA VERƏCƏK? – SİYAHI



Yeni icra başçıları kollektivə təqdim olundu
SON DƏQİQƏ: İlham Əliyev o icra başçısını İŞDƏN ÇIXARDI
Azərbaycanda icra başçısı bu vəzifəsindən İSTEFA VERDİ
İlham Əliyev yeni icra başçısı təyin etdi
Bu icra başçıları YAP-dakı vəzifələrini İTİRDİLƏR -SİYAHI
Prezident bu rayonlara yeni icra başçıları təyin etdi
İcra başçısının ailəsində AĞIR İTKİ
İlham Əliyev yeni icra başçısı təyin etdi
Prezident yeni icra başçısı ilə görüşdü
Nazirlik icra başçısının fəaliyyətini yoxlayır
Bu icra başçısının fəaliyyəti yoxlanılır- NƏ BAŞ VERİR?
Bu rayonun icra başçısı saxlanıldı - DTX-dən ƏMƏLİYYAT - YENİLƏNİB
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 