Rumıniya millisinin baş məşqçisi Kosmin Kontra istefa verib. ONN media bildirir ki, 43 yaşlı çalışdırıcı AÇ-2020-nin seçmə mərhələsindəki uğursuz çıxışdan sonra bu qərarı verib. Rumıniya qrup mərhələsində 10 oyuna 14 xal toplayıb və 4-cü olub. Lakin komandanın Millətlər Liqasında Avropa çempionatına yollanmaq şansları qalıb. Avropa çempionatını qəbul edəcək şəhərlər arasında Rumıniyanın paytaxtı Buxarest də var.
Baş məşqçi istefa verdi

