Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar parlament seçkilərinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Ölkə başçısının dünən imzaladığı sərəncamla 5 dekabr 2019-cu il tarixindən Azərbaycan Respublikasının Milli Məclisi rəsmən buraxıldı, 9 fevral 2020-ci il tarixinə isə növbədənkənar parlament seçkisi təyin edildi. İctimaiyyət arasında belə bir fikir söylənilir ki, Azərbaycanda Milli Məclis buraxılıbsa, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi də mütləq buraxılacaq. Bəs görəsən Azərbaycan Respublikası Milli Məclisinin buraxılması, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin də buraxılmasına təsir edəcəkmi? Məsələ ilə bağlı “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev Modern.az-a bunları söyləyib: “Azərbaycanda Milli Məclisin buraxılmasının, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə heç bir adiyyatı yoxdur. Bildiyiniz kimi, onlar ayrıca bir muxtar respublikadır. Eyni zamanda, Naxçıvan Muxtar Respublikasında seçkilərin keçirilməsi qaydası başqa bir qanunla tənzimlənir. Bir məqamı qeyd edim ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin səlahiyyət müddəti hələ başa çatmayıb. Yəni onlar istədikləri zaman Ali Məclisi buraxa bilib, qərar qəbul edə bilərlər”. Qeyd edək ki, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.
Naxçıvan Ali Məclisi də buraxılacaq?



Parlament seçkilərinin vaxtı təyin edildi
Naxçıvana yeni baş nazir təyin olundu
Bu gün bütün gözlər Naxçıvandadır
MM buraxıldı: Seçkilərin vaxtı açıqlandı
Azərbaycanda yeni nazirlik yaradıldı
Naxçıvan Ali Məclisinin sessiyası çağırıldı
Növbədənkənar parlament seçkiləri ilə bağlı bu TARİXDƏ QƏRAR VERƏCƏK
Ali məclisə yeni TƏYİNAT
Naxçıvan Ali Məclisinə sədr seçildi
Azərbaycanda yeni nazir müavini təyin edildi – Sərəncam
Naxçıvanda yüksək vəzifəyə YENİ TƏYİNAT
Azərbaycanda nazir müavininə yüksək vəzifə verildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 