"İki musiqiçi puldan ötrü vəziyyətdən istifadə edib, qadın toylarında çıxış etməyə başlayır. Təbii ki, qrimdə və kostyumda. Çörək pulu qazanmağa çalışırlar və müxtəlif komedik situasiyalara düşürlər".
ONN media bildirir ki, bu sözləri aktyor Rafael İsgəndərov premyerası dünən keçirilən "Şabaş" filmində canlandırdığı obrazı haqqında publika.az-a danışarkən deyib.
Tərəf müqabili ilə müqayisədə qadın rollarına daha az müraciət edən ulduz bildirib ki, gözəl xanımları oynaya bilmir:
"Coşqun da, mən də konsertlərdə qadın rollarına giririk. Onun payına daha çox qadın obrazları düşür. Lakin bütün konsertlərdə mütləq ki, mən də qadın rollarını oynayıram. Məsələ ondadır ki, gözəl qadınları oynaya bilmirəm. Bu qaş-gözlə bəxtimə kifir qadınları oynamaq düşür".
Aktyor daha sonra dram filmində rol almaq arzusunu dilə gətirib:
"Əgər dövlət səviyyəsində bir layihə olarsa, fikirləşmək olar, niyə də yox. Vaxtilə Gənc Tamaşaçılar Teatrında dram rollarını çox oynamışıq. "Qrinviç meridianından kənarda" adlı qısametrajlı layihədə dram rolunda çəkilmişəm, lakin tammetrajlı film olmayıb. Teatra qayıtmaq haqqında nə mən, nə də Coşqun hələ fikirləşmirik. Teatra qayıtmaq o halda mümkün olar ki, öz truppamızı yaradaq. Bu barədə "Bu şəhərdə" komandasının inşallah 20 illiyi tamam olandan sonra düşünəcəyik".
Oğlu Fuad İsgəndərovdan danışan aktyor bildirib ki, onun birinci tənqidçisi özüdür.
"Oğlum deməyim, Fuad İsgəndərov 3 yaşından "Bu şəhərdə"də oynayıb, 7 yaşında "Moskva-Bakı qatarı"nda çəkilib. "Şabaş" filmi isə Fuadın "Bu şəhərdə" ilə üçüncü işidir. 8-9 yaşında o, AZTV-də "Ulduz falı" uşaq verilişinin aparıcısı olub. Yəni uşaqlıqdan marağı olub. Birinci tənqidçisi özüməm, mütləq şəkildə qayçılayıb doğrayıram".
Sənətçinin "Sizcə, oğlunuz öz istedadı ilə atasını kölgədə qoya biləcək" sualına cavabı belə olub:
"Hər şey ola bilər, əksinə sevinərəm. Məqsəd, amalım odur ki, cəmiyyətə normal övlad yetişdirim. Çox istərdim ki, əli çörəyə çatsın. Məni sənətdə ötsə daha yaxşı, indi mən ona baxıram, sonra o, mənə baxar".



Qadınlar bu yaşlarında daha gözəl olur - Alimlərdən yeni araşdırma
Rus qadınlarının gözəllik SİRRİ NƏDİR?
Kosmetoloq qadının qaşlarını elə hala saldı ki... - FOTOLAR
Erməni qadın etiraf etdi - hamilə qadınları..... VİDEO
Daha bir serial eşqi gerçək oldu
Qadın paltarı geyinməyinin səbəbini açıqladı
Orduya qadınları cəlb edin
Müşviqdən rəqiblərinə ATMACA
Bu müsəlman ölkəsində İlk: Zina edəni qadın polislər qamçıladı
Türkan Şoraydan Kadir İnanır haqqında ŞOK SÖZLƏR
Bakıda DƏHŞƏT YAŞANDI: Gənc qızı doğrayıb zibilliyə atdılar
Ermənistan ordusuna qadınları yığır - üstümüzə “axçilər” gəlir!
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 