Ermənistanda qanunun qəbulu ilə 18 yaşdan 27 yaşa qədər olan qadınlar hərbi xidmət üçün müraciət edə bilər.
ONN media xəbər verir ki, bunu “Hərbi vəzifə və hərbi qulluqçunun statusu haqqında” və “Müdafiə haqqında” qanunlara müvafiq dəyişiklikləri təqdim edən müdafiə naziri Suren Papikyan deyib.
“Qadınlar üçün hərbi xidmət mütləq, lakin könüllülük əsasında olacaq. Təklif olunan düzəlişlərə əsasən, qadınlar üçün xidmət müddəti 6 ay olacaq, bundan sonra onlar 1 milyon dram məbləğində birdəfəlik ödəniş alacaqlar. Səhhətinə görə erkən tərxis olunarsa, bu məbləğ 6 aya bölünəcək. Onlar xidmət zamanı müəyyən maaş alacaqlar, lakin ödənişin məbləği hələ müəyyən edilməyib.
Hazırda təlim keçən hərbi hissələrdən birinin tərkibində xüsusi kazarma tikilir. Burada qadın hərbçilər yerləşdiriləcək. Qadın alayının formalaşdırılması perspektivi ilə qadın batalyonu yaradılacaq, komanda heyəti də qadınlardan təyin olunacaq”, - o bildirib.
Papikyan əlavə edib ki, xidmətdən sonra qadın hərbi qulluqçularla əlaqə kəsilməyəcək:
“Onlar ehtiyata yazılacaq və lazım gələrsə, yenidən çağırıla bilər”.
Qeyd edək ki, qanunvericiliyə dəyişikliklər parlament tərəfindən qəbul olunarsa, xidmət artıq 2023-cü ildə qış çağırışı dövründə işə salına bilər.



Erməni qadınlar hərbi xidməti belə keçəcək
Ermənistanda qadınlar hərbi xidmətə çağırıla bilər
Hərbi xidmət müddəti azaldılacaq
Hərbçilərin iş saatı ilə bağlı YENİ QAYDA müəyyən edilir
ŞAD XƏBƏR- Bu hərbiçilər təxris olunur ki
Ermənistan orduya çağırışla bağlı dəyişiklik edir
Döyüşdə iştirak edən hərbçilərin maaşı bu qaydada artırılacaq
Azərbaycanda “Hərbi vəzifə və hərbi xidmət haqqında” QANUN DƏYİŞDİ
Əsgərlərin ehtiyata buraxılmasına başlanıldı - Rəsmi
Səfərbərlik üzrə hərbi xidmətə çağırılmışların tərxis edilməsinə başlanıldı
Ermənistanda qızları buna görə orduya cəlb edirlər - Paşinyanın arvadı hərəkətə keçdi
Prezident bu hərbçilərin maaşını artırdı - SƏRƏNCAM
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 