Vaxtilə bizim Meğridən Naxçıvan vasitəsilə İrana çıxışımız olub. Bilirsiniz ki, ulu öndərin Azərbaycanda birinci dəfə hakimiyyətdə olduğu dönəmdə Xankəndi şəhərinə dəmiryolu çəkilib. Həmin dəmiryolu Xankəndini Bakı ilə birləşdirib. ONN media xəbər verir ki, bu sözləri Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Cavid Qurbanov Yeni Azərbaycan Partiyasının İcra Katibliyində keçirdiyi mətbuat konfransında deyib. C.Qurbanov hazırda dəmir yollarında da inkişaf müşahidə olunduğunu və ölkənin dəmir yollarının uzunluğunun 4200 kilometrə çatdığını bildirib: “Onlardan 2955 kilomerti əsas yoldur. Bunlar Gürcüstan, İran sərhədinə, Balakənə, İmişliyə və sair yerlərə olan yollardır. Dəmir yollarının ikinci inkişaf dövrü Prezident İlham Əliyevin hakimiyyəti illərinə təsadüf edir. Hazırda dəmir yollarında 20 minə qədər işçi çalışır. 2015-ci ildəki əmək haqqı ilə indiki arasında 95 faiz artım var. Əgər həmin vaxt orta əmək haqqı 120-130 manat olubsa, hazırda 583 manatdır. Əsasən əmək haqlarının artımı yüklərin artmasından asılıdır. Ona görə də infrastrukturun inkişafına diqqət yetirilir. Əgər 2016-cı ildə dəmir yolunda orta sürət saatda 30-35 kilometr olubsa, hazırda saatda 55 kilometrin üzərindədir. Hazırda dəmir yolları səmərəliliyə görə 13-cü, keyfiyyət göstəricisinə görə 35-ci yerdədir”. C.Qurbanov qeyd edib ki, bu il alınan yeni elektrik qatarlarının sayı 9-a çatıb. QSC sədri fevral ayının ortalarınadək Bakı dairəvi dəmir yolunun istifadəyə veriləcəyini bildirib: “Bununla da dəmir yolları vasitəsilə Bakı Xırdalanla, Xırdalan Abşeronla birləşdiriləcək”.
Bakı dairəvi dəmiryolu nə vaxt istifadəyə veriləcək



Sabunçuda dəmir yolu stansiyası nə vaxt istifadəyə veriləcək?
ŞAD XƏBƏR: Bakı-Naxçıvan...
Prezident Pirşağı dəmir yolu stansiyasının açılışını edib
Azərbaycan və İran arasında dəmir yolları üzrə əməkdaşlıq sazişi imzalandı
İlham Əliyev qatarla Pirşağıya getdi
Cavid Qurbanov vəzifəsindən AZAD EDİLDİ
Sabunçu-Bakı qatarı 50 qəpiyə olacaq
Dəmir Yollarına rəhbərlik ona həvalə edildi
Naxçıvan-Bakı xətti açılır: 1450 kilometrlik yol 18 saata...
Kvirikaşvili: “BTQ regional inkişafı gücləndirəcək”
Sərnişin daşımaları niyə gecikir? - Səbəb AÇIQLANDI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 