Artıq neçənci seçkilərdir ki, veb-kamera praktikasından istifadə olunur. Azərbaycanda məntəqələrin təxminən 20 faizə qədəri, yəni 1000 məntəqədə veb-kamera quraşdırılıb. ONN media bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
Onun sözlərinə görə, veb-kamera qurulan məntəqələr xüsusi seçilir ki, Azərbaycanın bütün ərazisini əhatə etsin: "Veb-kameralara daxil olmaq isə çox sadədir. Heç bir icazə tələb olunmur. İstənilən vətəndaş MSK-nın rəsmi saytına daxil olmaqla 1000 məntəqədə səsvermə günü səsvermənin gedişini izləyə bilər”. MSK sədri vurğulayıb ki, Azərbaycanda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində 13 siyasi partiya iştirak edəcək: “Həmin partiyadan olan müşahidəçilər də seçkinin gedişatını izləyə biləcək. Bundan əlavə, müşahidə aparmaq arzusunda olan vətəndaşlarımız da seçkini müşahidə edəcək. Veb-kameraların digər üstünlüyü isə ondan ibarətdir ki, seçkini izləmək üçün Azərbaycana gəlməyə ehtiyac yoxdur. Yer kürəsinin harasında olmasından asılı olmayaraq istənilən insan Azərbaycanda keçiriləcək seçkiləri izləyə biləcək. Bu, demokratik ölkələrin seçki praktikasında da qəbul olunur. Həmçinin seçkiləri izləmək üçün 60 minə yaxın müşahidəçi var. Azərbaycanda seçkilərin şəffaf və azad keçirilməsinə bütün şərait yaradılıb”.1000 məntəqədə veb-kamera quraşdırıldı



Məzahir Pənahovdan seçki ilə bağlı açıqlama
Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək
Protokolları verməkdən boyun qaçıran məntəqədə nəticələr ləğv olunacaq – Məzahir Pənahov
Azərbaycanda seçicilərin son sayı açıqlandı
Prezident seçkilərində müşahidə aparmaq üçün MSK-ya 6 müraciət daxil olub
"Hər hansı pozuntu qeydə alınmayıb" - ATƏT PA-nın müşahidəçisi
Bu dairələrin seçkiləri ləğv edilir?
MSK-dan açıqlama- Bu məntəqələrdə pozuntu olub
Prezident seçkiləri ilə bağlı iclas keçirilir
Bələdiyyə seçkilərinin İLKİN NƏTİCƏLƏRİ AÇIQLANDI
Azərbaycanda nə qədər seçici var?
Azərbaycanda hər kəsin gözü ORA DİKİLDİ - Məzahir Pənahov məruzə edir - CANLI YAYIM
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 