Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 626-IVQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 134 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin aparılması qaydası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” 2013-cü il 16 may tarixli 899 nömrəli, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin təsdiq edilməsi haqqında” 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli və “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin təsdiq edilməsi haqqında” 2014-cü il 9 sentyabr tarixli 248 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
ONN media AZƏRTAC-a istinadən bildirir ki, fərmanda deyilir: 1. “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 626-IVQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 134 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin aparılması qaydası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 16 may tarixli 899 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 5, maddə 520, № 12, maddə 1550; 2015, № 10, maddə 1141; 2016, № 6, maddə 1054; 2017, № 5, maddə 778, № 12 (I kitab), maddə 2285; 2018, № 8, maddə 1706) 5-ci hissəsində “2020-ci” sözləri “2022-ci” sözləri ilə əvəz edilsin. 2. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 10, maddə 1148, № 12, maddə 1549; 2015, № 10, maddə 1141; 2016, № 6, maddə 1055, № 10, maddə 1634, № 12, maddə 2078; 2017, № 8, maddə 1521, № 12 (I kitab), maddə 2285; 2018, № 1, maddə 48, № 5, maddə 929, № 8, maddə 1704, № 9, maddə 1833) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin 6.1-ci bəndində (hər iki halda) “2020-ci” sözləri “2022-ci” sözləri ilə əvəz edilsin. 3. “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 9 sentyabr tarixli 248 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 9, maddə 1028; 2015, № 10, maddə 1141; 2016, № 8, maddə 1384; 2017, № 3, maddə 376; 2018, № 9, maddə 1834; 2019, № 3, maddə 421) aşağıdakı dəyişikliklər edilsin: 3.1. 2.1-ci bənddə və 4-cü hissədə “2020-ci” sözləri “2022-ci” sözləri ilə əvəz edilsin; 3.2. həmin Fərmanla təsdiq edilmiş “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin 2.5-ci və 2.6-cı bəndlərində “2020-ci” sözləri “2022-ci” sözləri ilə əvəz edilsin.Azərbaycan vətəndaşlarına bu sənəd 2022-ci ildə veriləcək



Milli Məclis bu gün 30 məsələyə görə toplanır
İlham Əliyev fərman imzaladı
İlham Əliyev fərman imzaladı
İlham Əliyev fərman imzaladı
Milli Məclis bu gün toplanır
Milli Məclisdə 17 qanun layihəsi müzakirəyə çıxarılır
İlham Əliyev 2 fərman imzaladı
Milli Məclisin payız sessiyasının növbəti gündəliyi açıqlandı
Milli Məclisin növbəti iclası başlayıb
Deputatlar 13 məsələni müzakirə edəcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 