ONN media milli.az -a istinadən bu günün qoroskopunu təqdim edir. Qoç - hisslərin möhkəmliyi yoxlanılır və uzun müddətdir sülh içərisində yaşayan cütlüklərin heç də hamısı bu yoxlamadan üzüağ çıxa bilməyəcək. Yüngülxasiyyət adamlar düşünülməmiş, tələsik hərəkətlər edə və sonradan təəssüflənə bilərlər. Buğa - gələcək barədə düşünmək olar. Bu gün vacib qərarlar qəbul etməli olacaqsınız. Onların hər birinin uzağa gedən nəticələri olacaq. Hər dəqiqənizi işə həsr etməyin, gəzin, istirahət edin, zövq verən insanlarla görüşün. Gün boyu əhval-ruhiyyənizin yüksək olması uğurun vacib şərtlərindəndir. Əkizlər - gün əks cinsin nümayəndələri ilə xoş ünsiyyət vəd edir. Düzdür, iş yüngül flirtdən o yana keçməyəcək, amma sizi bu variant da qane edə bilər. Köhnə tanışlarla görüş istisna deyil. Onlardan hansısa dostluq münasibətləri ilə kifayətlənməməyi və romantik münasibətlərə başlamağı təklif edə bilər. Xərçəng - əksər problem və çətinliklərinizin əsl səbəbinin nədən ibarət olduğu barədə ciddi düşünsəniz, xeyli irəliyə gedə bilərsiniz. Bu gün istənilən ağır yükdən qurtulmaq (həyatı zəhərləyən xatirələri beyindən silmək, ümidləri doğrultmayan münasibətlərə son qoymaq və s.) üçün münasibdir. Sərt hərəkətlərə meyllisiniz və ünvanınıza xeyli tənqid səslənir. Hətta rəğbət bəslədiyiniz və hörmət etdiyiniz adamlar da bəzən kəskin danışırlar. Lakin öz daxili səsinizə daha diqqətlə qulaq asmaqda davam edin. Şir -özündən, ətrafdakılardan narazılıq bəzən məntiqli sərhədləri aşır, çoxsaylı münaqişə və mübahisələrə səbəb olur. İş sahəsindəki "heç-heçə"ləri şəxsi həyatdakı qələbələrlə kompensasiya etmək həzzi mümkündür. Çoxları bu gün romantik münasibətlər burulğanına düşür. Qız - günün hər hansı xüsusi özəlliyi yoxdur. Pis gün deyil, məhsuldar və sakitdir. Darıxdırıcıdır. Peşəkar işlərdəki durğunluq sıxıntı verir. Daha çox adam bütün güclərini qoyduqları layihələrin gələcəyindən şübhələnməyə başlayır. Tərəzi - əhval-ruhiyyəniz dəyişkəndir. Bu, ətrafdakılarla münasibətlərinizə pis təsir göstərir. Siz gah boş şeylərə görə əsəbiləşirsiniz, gah da həqiqi çətinliklər və problemlərə filosofcasına sakit yanaşırsınız. Reaksiyalarınızın qabaqcadan məlum olmaması təkcə yeni tanışlarınızı yox, həm də yaxınlarınızı çaşdırır.
Günün qoroskopu: ailədə fikir ayrılıqları mümkündür



Günün qoroskopu: Alış-verişdə bədxərclik etməyin
Günün qoroskopu: çətin məsələlərin müzakirəsi və həlli üçün münasib gündür
Günün qoroskopu: günün emosional fonu sabit deyil
Günün qoroskopu: yarımçıq işi tamamlayın
Günün qoroskopu: səbrli və təmkinli olun
Günün qoroskopu: Uğurlu gündür, bundan istifadə etmək lazımdır
Günün qoroskopu: işləriniz yavaş-yavaş qaydasına düşür
Günün qoroskopu: dəvət aldığınız tədbirə qatılın
Günün qoroskopu: sayıq olun, dürüst addımlar atın
Günün qoroskopu: kiçik anlaşılmazlıqlar istisna deyil
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 