ONN media günün qoroskopunu təqdim edir.
Qoç- ətrafdakılarla yola getmək çətin olacaq. Üstəlik, insan sizin üçün nə qədər yaxın və dəyərlidirsə, qarşılışlı anlaşmaya nail olmaq şansı bir o qədər azdır. Yeni tanışlarınız barədə layiq olduqlarından da yaxşı düşünürsünüz. Bu, düşünülməmiş hərəkətlərə, ciddi səhvlərə səbəb ola bilər.
Buğa - bu, həftənin əlverişli günlərindən sonuncusudur. Əgər hansısa işi başa çatdırmalısınızsa, onu bu gün etməyə çalışın - sonra xeyli çətin olacaq. Pul gəlirləri mümkündür, sərfəli sövdələşmələr şansı var. Bunun üçün zirəklik və israr lazım gələcək.
Əkizlər - uğurlu gündür və bundan istifadə etmək lazımdır - sonra pis olacaq. İşdəki uğurlarınız o qədər çox olacaq ki, ətrafdakılarda həsəd yaradacaqsınız. Özünüzə düşmən qazanmaq təhlükəsi var. Çoxdankı müttəfiqlərinizdən maraqlı təkliflər alacaqsınız. Kələkdən çəkinmədən bu təkliflərə razılıq vermək olar.
Xərçəng - qeyri-formal şəraitdə ünsiyyət, əyləncə yerlərinə getmək üçün münasibdir. Dostlarla qarşılaşmalar sevinc bəxş edəcək. Romantik görüşlər də xoş təəssürat yaradacaq. Bazarlıq etmək olar.
Şir - gözlənilməz mənbədən pul gəlməsi mümkündür. Gün alış-veriş üçün münasibdir. Təəssüf ki, Qızların çoxunun bəxti sevgi məsələlərində gətirməyəcək. Bürcün bir çox nümayəndələri sevdikləri adamın diqqətinin azlığından əziyyət çəkəcək, boş şeylər üstündə küsülülüklər yaranacaq.
Qız - çox uğurlu gündür. Bu gün hadisələr sizin üçün əlverişli inkişaf edəcək. Bundan köhnə planlarınızı reallaşdırmaq, ən cəsur fikirlərinizi həyata keçirmək üçün istifadə etməyə dəyər. Bürcün bir çox nümayəndələrinin qarşısında karyera zirvələrinə yol açılacaq. Gəlirləriniz əhəmiyyətli dərəcədə arta bilər.
Tərəzi - günün əvvəlində köhnə problemlər özlərini xatırladacaq. Amma siz onların öhdəsindən kifayət qədər tez gələcəksiniz. Yaradıcılıq qabiliyyəti tam yerinə düşəcək: siz ondan istifadənin yolunu tapacaq və rəqiblərinizi üstələyəcəksiniz. Alış-veriş etmək olar.
Əqrəb - emosiyaya qapılmamağa çalışın: nə qədər ki, emosiyalarınızı cilovlayacaqsınız, hər şey yaxşı olacaq. İşgüzar partnyorlarınızla fikir ayrılıqları mümkündür. Amma sonda vahid rəyə gəlmək mümkün olacaq. Nə qədər təəccüblü olsa da, heç vaxt həmfikir saymadığınız adamlar bu gün sizin mövqeyinizi dəstəkləyəcəklər.
Oxatan - hansısa köhnə ailədaxili fikir ayrılıqlarını aradan qaldırmaq, sizi və yaxınlarınızı son vaxtlar narahat edən suallara cavab tapmaq mümkündür. Gün yeni münasibətlərə başlamaq üçün münasibdir.
Oğlaq - müsbət tendensiyaların təsiri artacaq, bir çox sahələrdə yaxşılığa doğru dəyişikliklər müşahidə olunacaq. Axşam saatları hansısa köhnə ideyaların reallaşdırılması üçün münasibdir. Rəğbət bəslədiyiniz insanı görüşə çağırmaq olar. Həyat potensialı yüksəkdir. Bütün gün ərzində ovqatınız yaxşı olacaq.
Dolça - uğursuz gündür. Bundan sonra yaxşı olacağından təsəlli tapın və vacib heç nəyə girişməyin. Rəhbərlikdə ciddi fikir ayrılıqları mümkündür. Sizə nə qədər az diqqət göstərsələr, bir o qədər yaxşıdır. Əgər nailiyyətləriniz diqqətdən kənarda qalsa, məyus olmayın - bir qədər sonra layiq olduğunuz mükafatı mütləq alacaqsınız.
Balıqlar - səfərlər və improvizasiyalar üçün münasib gündür. Uzağagedən planlar qurmağa dəyməz. Yaxınlarınızın dəstəyinə bel bağlaya bilərsiniz. Böyük məbləğdə pul və dəyərli hədiyyələr almaq ehtimalı var.milli.az



Günün qoroskopu: bütövlükdə pis gün deyil və onu çox gözəl keçirmək olar
Günün qoroskopu: ətrafda baş verən hər şeyə çox emosional reaksiya verirsiniz
Günün qoroskopu: çətin məsələlərin müzakirəsi və həlli üçün münasib gündür
Günün qoroskopu: Uğursuz, gərgin və çətin gündür
Günün qoroskopu: gün ailə üzvləri və yaxın dostlarla ünsiyyət üçün münasibdir
Günün qoroskopu: bu gün yalançı ümidlər, yersiz gözləntilər gətirəcək
Günün qoroskopu: İlk uğurları çox gözləmək lazım gəlməyəcək
Günün qoroskopu: Peşə sahəsindəki fikir ayrılıqlarına sakit yanaşın
Günün qoroskopu: yüksək işgüzarlıq günüdür
Günün qoroskopu: Emosional fon sabit deyil, bir çoxları aqressiv davranışa meyllidirlər
Günün qoroskopu: Rəğbət asanlıqla yaranacaq
Günün qoroskopu: Ətrafdakılarla münasibətlər dəyişəcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 