ONN xəbər verir ki, “Arpaçay” karate klubunun və Azərbaycan Milli Karate Federasiyasının (AMKF) birgə təşkilatçılığı ilə yanvarın 18-də Bakı İdman Sarayında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan uşaq, yeniyetmə və gənclər arasında təşkil edilən və sayca 5-ci olan ənənəvi beynəlxalq turnirin açılış mərasimi keçirilib.
İlk olaraq “Arpaçay” karate klubunun prezidenti Yavər Hüseynov bütün turnir iştirakçılarını və bütün qonaqları salamlayaraq tədbirin əhəmiyyəti haqqında məlumat verdi.
Azərbaycan Respublikasının Dövlət himni səsləndirilməsindən sonra Yavər Hüseynov 20 yanvar şəhidlərinin xatirəsini anmaq üçün bir dəqiqə süküt elən etdi.
Daha sonra Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov açılış mərasimində çıxış edərək əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan idman siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini bildirib. Ölkəmizdə bədən tərbiyəsi və idmana dövlət səviyyəsində böyük diqqət və qayğı göstərildiyini vurğulayan nazir müavini deyib ki, Azərbaycan dünyanın ən qabaqcıl idman dövlətlərindən biridir. Azərbaycanda paytaxtla yanaşı, regionlarda da idmanın sürətli və hərtərəfli inkişafı üçün hər cür şərait yaradılıb. İdmançılarımız ən nüfuzlu yarışlarda böyük uğurlar qazanır, Azərbaycan mötəbər turnirlərə yüksək səviyyədə ev sahibliyi edir.
AMPK-nın prezidenti Yaşar Bəşirov karatenin ölkəmizdə inkişaf etmiş idman növlərindən olduğunu qeyd edib. Bildirib ki, 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan ənənəvi turnirə maraq ildən-ilə artır. Məqsəd gənclərin hərbi-vətənpərvərlik ruhunu yüksəltmək, idmanın bu növünün kütləviliyini artırmaq, gələcəkdə perspektivli idmançılar yetişdirməkdir.
Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Azərbaycan Kikbosinq Federasiyasının prezidenti Adil Əliyev, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyev, Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev və çıxış edən digər natiqlər ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından və idmanın inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışıblar. Qeyd edilib ki, müasir müstəqil Azərbaycanda bütün sahələr kimi bədən tərbiyəsi və idman da sürətlə inkişaf edir.
Sonda federasiya tərəfində Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Azərbaycan Kikbosinq Federasiyasının prezidenti Adil Əliyev, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyev, Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Gürcüstan Karate Federasiyasının prezidenti Kaxa Basilia, Turan Araşdırma Mərkəzinin sədr müavini Cavid İsmayıl, Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin Bakı şəhərində rəhbəri Bəxtiyar Əsgərov, iki sahil qəzetinin Baş redaktoru Vuqar Rəhimzadə və beynəlxalq turnirin təşkilində əməyi olan şəxslər təltif ediliblər.



20 Yanvar Şəhidlərinin xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçiriləcək
Yavər Hüseynov: Arpaçay Karate klubu Vətənpərvərliyi təbliğ etməklə seçilir (MÜSAHİBƏ)
Naxçıvan Muxtar Respublikası-100: İdman Festivalının açılış mərasimi baş tutub
İdmançımız ermənini məğlub etdi
İlham Əliyev Antonio Espinosu qəbul edib
Azərbaycan karateçisi ermənini məğlub edərək qızıl medal qazandı
Bakıda daha bir beynəlxalq turnir keçiriləcək - “Baku Open”
DİN İdman Cəmiyyətinin yetirmələri qalib oldular
Nazir idmançılara mükafat verdi
Muxtar Babayev yeni vəzifəyə təyin olundu
İlham Əliyev sərəncam imzaladı
İlham Əliyev 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 