Ötən ay Bakıya gətirilən yeni elektrik qatarlardan biri artıq istifadəyə verilib.
ONN media xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən məlumat veriblər.
Qeyd olunub ki, istismara verilən qatar hazırda Bakı-Pirşağı marşrutu üzrə hərəkətdədir:
"Elektrik qatarlarından biri artıq istismara verilib və hazırda Bakı-Pirşağı marşrutu üzrə hərəkətdədir. Digəri isə hələlik sınaq müddətində olduğu üçün istismara qəbul edilməyib".
Xatırladaq ki, ötən ay "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İsveçrənin “Stadler Rail Group” şirkətindən daha 2 ədəd KISS markalı ikimərtəbəli elektrik qatarı alıb. Yeni qatarlar Bakı-Sumqayıt və Bakı-Pirşağı istiqamətində işləyəcək.
İsveçrənin “Stadler Rail Group” şirkəti ilə 18.01.2018-ci ildə bağlanan müqaviləyə əsasən alınan hər biri 4 vaqondan ibarət qatarda birinci sinif (9 yer), biznes (62 yer) və standart (300 yer) olmaqla, cəmi 371 oturacaq yeri var.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İsveçrənin “Stadler Rail Group” şirkəti ilə 2015-ci ildən əməkdaşlıq edir. Bu günədək, “Azərbaycan Dəmir Yolları” QSC “Stadler Rail” şirkətindən hər biri 4 vaqondan ibarət 9 elektrik qatarı alıb. Bu qatarlar Bakı-Gəncə, Bakı-Sumqayıt və Bakı-Pirşağı marşrutlarında işləyirlər.



Bakıya 10 vaqonluq müasir qatar gətirildi
İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək sərnişin qatarı ilə tanış olub
Bakı-Pirşağı elektrik qatarı bu tarixdə işə düşəcək
Bakı-Pirşağı elektrik qatarından istifadə edənlərə ŞAD XƏBƏR
Sərnişin qatarlarının hərəkəti dayandırılır
DİQQƏT - Bu elektrik qatarlarının hərəkəti müvəqqəti olaraq dayandırılır
Bakı-Sabunçu qatarı 3 gün işləməyəcək
Bakı- Sumqayıt qatarından istifadə edənlərin NƏZƏRİNƏ
Rusiyadan alınan metro qatarı Bakıda
Bakı-Sumqayıt elektrik qatarı 9-16 may tarixlərində işləyəcək?
Bakı-Gəncə marşrutu üzrə sürət qatarı işə salınır
Ankara-Bakı sərnişin qatarının qiyməti bəlli oldu
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı 