Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində keçirilən müşavirədə nazir, general-polkovnik bir sıra məqamlara toxunub. Onlardan biri də yol polisi əməkdaşlarının sürücülərlə etik münasibətləridir. Daxili işlər naziri müşavirədəki çıxışında vətəndaşlarla kobud davranmamağı və nəzakətli olmağı tələb edib.
ONN media bildirir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov məsələ barədə Lent.az-a danışarkən yol polisi əməkdaşlarının üzərində kamera olduğunu vurğulayıb. Şöbə rəisi buna görə də yol polislərinin deyil, sürücülərin daha çox nəzakətsizliyə meylli olduqlarını bildirib: “Yeni il başlayandan hər gün şəxsi heyət qarşısında təlimatla çıxış edirik. Təlimatlarda vətəndaşlarla etik normalar çərçivəsində rəftar etmək tələb edilir. Bu günə qədər ölkə üzrə sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, 2 fakt aşkarlanıb. Vətəndaşlardan yol polisinin rəftarı ilə bağlı hər hansı ərizə və ya şikayət daxil olmayıb. İndi hər bir yol polisi əməkdaşının üzərində səsyazma və görüntünü qeydə alan texniki vasitə var. Həmin vasitələrin də işlək vəziyyətdə olması tələb olunur. Ona görə də inanmıram ki, yol polisləri vətəndaşlarla kobud rəftar etsinlər. Əksinə, əməkdaşlarımızın üzərində kamera olmasından istifadə edən vətəndaşlar özləri yol polisinə qarşı nəzakətsiz davranmağa və başqa təkliflər verməyə meylli olurlar. Bu günə qədər Bakı şəhərində yol polisindən şikayətlə bağlı heç bir müraciət daxil olmayıb”.“Sürücülər yol polislərinə başqa şey təklif edirlər” — Vaqif Əsədov



Nazir Vaqif Əsədovun yerinə onu təyin etdi
Vaqif Əsədov təltif edildi
Vəzifəli şəxs təqaüdə göndərildi
Nazir mətbuat xidmətinin rəhbərinə YÜKSƏK VƏZİFƏ verdi
Vaqif Əsədov xəstəxanaya yerləşdirildi
Vaqif Əsədov da işdən çıxarıldı?
Vilayət Eyvazov onu komandir etdi
Nazir Namidan Piriyevə vəzifə verdi
Ramiz Zeynalov vəzifədən azad edilməyib? - RƏSMİ AÇIQLAMA
Vilayət Eyvazov DYP-nin şəxsi heyətini sərəncama götürdü
Nazir daha bir polkovniki işdən çıxardı
Yol polisinin ləğv xəbəri ilə bağlı - AÇIQLAMA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 