Bir neçə gün əvvəl Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol verməsi ilə bağlı videogörüntü paylaşılıb. Görüntülərdə rayon ərazisində yerləşən hər məktəbdən hər ay 50, 100, 150 manat pul alınması ilə bağlı məlumat da paylaşılıb. Sosial şəbəkələrdə isə rayonların çoxunda vəziyyətin belə olduğu qeyd edilib. Redaksiyamıza ünvanlanan məlumatda Bərdə Rayon Təhsil Şöbəsi tərəfindən rayonda yerləşən məktəblərdə dərs deyən müəllimlərdən hər ay 20 manat, kəndlərdən isə 10 manat pul yığılması iddia olunub. Qeyd edək ki, bir neçə gün əvvəl Bərdə İdarəetmə və Texnologiya Kollecinin direktoru Xaləddin Ələkbərovun kollecin direktor müavini İlqar Dursunovun vasitəsilə tələbələrin qış imtahan sessiyasından müvəffəqiyyətlə keçməsi, dərslərdə iştirak etməyənlərin davamiyyətinin nizama salınması, tələbələrin aylıq pul müqabilində dərslərdən buraxılması, digər təhsil müəssisələrindən köçürülməsi və sair hallarla bağlı kütləvi şəkildə rüşvət almasına əsaslı şübhələr müəyyən edilib və saxlanılıb. Rüşvət qalmaqallarının gündəmə gəldiyi bir vaxtda bu məsələnin nə qədər həqiqət olub-olmadığını dəqiqləşdirmək üçün Təhsil Nazirliyinə sorğu ünvanladıq. Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı onlara rəsmi müraciət daxil olmayıb.turkustan.info
Azərbaycanda hər müəllimdən ayda 10 manat yığılır? – Təhsil Nazirliyindən AÇIQLAMA



DTX Neftçalayla bağlı açıqlama yaydı
DTX-nın Nefçaladakı əməliyyatından — VİDEO GÖRÜNTÜ
SON DƏQİQƏ: DTX bu nazirlikdə əməliyyat keçirir
DTX əməliyyat keçirir - Təcili
DTX Neftçalada nəyi araşdırır? –AÇIQLAMA
Vilyam Hacıyevin məhkəməsində şahid dindirilib
Vilyam Hacıyevin məhkəməsində şahid dindirilir: "Torpaq sənədi almaq üçün pul istədilər"
Neftçalada 6 yüksək vəzifəli şəxs TUTULDU — RƏSMİ AÇIQLAMA
Vilyam Hacıyevin mənzili və xidməti otağından 6,3 milyon manat götürülüb - İTTİHAM AKTI
Vilyam Hacıyevə hökm oxundu
Keçmiş icra başçısı 10 il azadlıqdan məhrum edildi
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 