Bu gün UEFA və ona üzv olan 55 milli assosiasiyanın baş katibləri arasında videokonfrans formatında iclas keçirilib. ONN media qurumun rəsmi saytına istinadən xəbər verir ki, iclasın gündəliyində duran əsas məsələ azarkeşlərin avrokubok matçlarına tədricən qayıdışının müzakirəsi olub. Yığıncaq iştirakçıları fanatların stadiona girişinə icazə verməzdən əvvəl matçda iştirak edənlərin hamısının sağlamlığını təmin etmək üçün ciddi gigiyena tədbirlərinin görülməsinin vacibliyini vurğulayıblar. UEFA azarkeşlərin sentyabrın əvvəlində keçiriləcək Millətlər Liqası matçlarında iştirak etməsinə icazə verməyin hələ tez olduğunu və bunun üçün əvvəlcə test oyunlarının keçirilməsinin vacibliyini qeyd edib. Qitə futbol qurumu bunun sentyabrın 24-də Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək UEFA Super Kuboku uğrunda oyuna az sayda tamaşaçı buraxmaqla sınaqdan keçirilməsini təklif edib. Qeyd edək ki, bu gün müzakirə olunan məsələlərlə bağlı yekun qərar UEFA İcraiyyə Komitəsinin iclasında veriləcək. Xatırladaq ki, Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk oyununu sentyabrın 5-də Bakıda Lüksemburqa, ikinci görüşünü isə 3 gün sonra səfərdə Kiprə qarşı keçirəcək.
UEFA mühüm qərar verdi: Oyunlarda azərkeşlər...



UEFA Qarabağın istəyinə rədd cavabı verdi
AVRO-2020: Bakıdakı oyunlara buraxılacaq azarkeş sayı açıqlandı
UEFA bu klubu cəzalandırdı
UEFA-dan “Arsenal” azarkeşlərinə XƏBƏRDARLIQ
UEFA Azərbaycan klubları üçün avrokubok gəlirlərini artırır
UEFA-dan ŞOK QƏRAR: Onların medalı ləğv edildi
"Avro-2020"nin adı ilə bağlı SON QƏRAR
UEFA prezidenti kim seçildi?
UEFA hansı məsələləri müzakirə edəcək? - Bakıda BİR İLK
UEFA "Qarabağ"a nə qədər pul ödədi?
UEFA-dan Qarabağla bağlı paylaşım
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 