Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) səlahiyyətləri artırılıb.
ONN media xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 931 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalaması ilə mümkün olub.
Fərmana əsasən AQTA iyulun 1-dən yodlaşdırılmış duzun keyfiyyət və təhlükəsizlik göstəricilərinin standartlar və tələblərə uyqunluğunu müəyyən etmək məqsədi ilə duzdan götürülmüş nümunələrin ekspertizasını həyata keçirəcək.
Dövlət başçısı, həmçinin “Taxıl haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 959 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Dəyişikliyə əsasən, fərmanın 1-ci hissəsinin ikinci abzasında “İqtisadiyyat Nazirliyi” sözləri, üçüncü abzasında “Səhiyyə Nazirliyi” sözləri “Qida Təhlükəsizliyi Agentliyi” sözləri ilə əvəz edilir.
Bu dəyişiklikdən sonra taxıl məhsullarının keyfiyyətinə dövlət nəzarətini və taxıl emalı məhsullarının dövlət reyestrində gigiyena qeydiyyatına alan müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini də Qida Təhlükəsizliyi Agentliyi həyata keçirəcək.



İlham Əliyev fərman imzaladı
İlham Əliyev FƏRMAN İMZALADI
İlham Əliyev 2 fərman imzaladı
İlham Əliyev fərman imzaladı
Prezident DTX-nin Əsasnaməsində dəyişikliyi təsdiqlədi - FƏRMAN
İlham Əliyev fərman imzaladı
İlham Əliyev fərman imzaladı
İlham Əliyev fərman imzaladı
Prezidentdən DTX ilə bağlı fərman imzaladı
Ölkə başçısı fərman imzaladı
İlham Əliyevdən DTX ilə bağlı FƏRMAN
Prezidentdən SOCAR-la bağlı 1 fərman, 1 sərəncam
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 