SOCAR-ın emal zavodları vahid iqtisadi dəyər zəncirində bir-biri ilə sıx bağlıdır. Heydər Əliyev adına neft emalı zavodu, “Azərikimya” İstehsalat Birliyinin Sumqayıtdakı etilen-polietilen zavodu və “SOCAR Polymer” zavodunun bu istehsal prosesində inteqrasiyası nəzərdə tutulur. Sizi əmin etmək istəyirəm ki, bu istehsal zəncirinin genişləndirilməsi kompleksə daxil olan müəssisələrin işini daha da səmərəli edəcək.
ONN media xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev Sumqayıt Kimya Sənaye Parkının ərazisində “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışında çıxışında bildirib.
Onun sözlərinə görə, tikintinin pik vaxtında burada 3 min nəfərədək işçi çalışıb: "İstismar zamanı isə zavodda 500 nəfər daimi işlə təmin olunacaq. Bu cür layihələrin iqtisadiyyatda xüsusi multiplikativ təsir yaratdığını nəzərə alsaq, deyə bilərik ki, aparılan işlər çox sayda kiçik və orta miqyaslı istehsalat müəssisələrinin, minlərlə yeni iş yerinin açılmasına səbəb olacaq".
R.Abdullayev qeyd edib ki, “SOCAR-Polymer” zavodunun inşası ölkəmizdə ilk dəfə layihə maliyyələşdirilməsi çərçivəsində həyata keçirilib: "Mən yerli tərəfdaşlarımızın əməyini qeyd etmək və layihənin səmərəliliyinə inanmış Rusiyanın “Qazprombank”ının rəhbərliyinə təşəkkürümü bildirmək istəyirəm. Layihənin uğurla başa çatdırılması münasibətilə onları təbrik edirəm. Mən bu gün italiyalı tərəfdaşımıza - layihənin baş podratçısı olan “Maire Tecnimont” şirkətinə, sahə podratçısı olan Türkiyənin “Ustay” şirkətinə, Niderlandın “Fluor” şirkətinə layihənin idarə edilməsində bizə dəstək verdiklərinə görə xüsusi təşəkkür etmək istəyirəm. “Maire Tecnimont” həyata keçirdiyimiz birgə layihələrdə özünü etibarlı tərəfdaş kimi təsdiq edib. Aparılan əməliyyatlarda nümayiş etdirdiyi yüksək peşəkarlıq və işgüzarlığı nəzərə alınaraq, “Maire Tecnimont”a Heydər Əliyev adına neft emalı zavodunda aparılan modernləşdirmə işləri çərçivəsində tikiləcək 14 yeni qurğunun baş EPC Podratçılığı həvalə olunub. “SOCAR-Polymer”in əsas xammal təminatçısı olan “Azərikimya”nın yenidənqurma layihəsində də baş EPC Podratçısı - İtaliya şirkəti “Technip İtaly”dir. Əminəm ki, İtaliya şirkətləri ilə əməkdaşlığımız bundan sonra daha da genişlənəcək".



SOCAR-ın yeni zavodu ixracı nə qədər artıracaq?
İlham Əliyev Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışında iştirak edib
Azərbaycan və İtaliya prezidentləri polipropilen zavodunun açılışında iştirak ediblər
Bakının neft emalı zavodu işini dayandırdı
Azərbaycanda yeni zavod tikiləcək
Azərbaycan 6 ölkəyə polietilen ixrac edir
SOCAR İran neftindən imtina edir – Rəsmi
Azərbaycan İstanbulun yeni hava limanına aviayanacaq tədarükünə başladı
İlk dəfə olaraq son istehlak məhsullarının istehsalına başlanıb
SOCAR-dan sürücülərin narazılığına CAVAB VERİLDİ
Rövnəq Abdullayev Vladimir Zelenski ilə görüşdü
Yanğında xəsarət alan işçi ilə bağlı rəsmi açıqlama
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 