Naxçıvan Muxtar Respublikasına Bakı-Tiflis-Qars dəmir (BTQ) yolu xətti ilə yüklərin daşınmasına başlanılıb.
ONN media xəbər verir ki, avqustun 8-də BTQ ilə daşınan yüklər Türkiyənin Qars şəhərində boşaldılaraq yük maşınları vasitəsi ilə Sədərək sərhəd-keçid məntəqəsindən keçməklə Naxçıvana aparılıb.
Yük isə Naxçıvanın dəmir yolları təsərrüfatının yenilənməsində istifadə ediləcək ağac şpallardır.
Xatırladaq ki, Avropa ilə Asiyanı birləşdirən və dünyanın 100 böyük layihəsi siyahısına daxil olan Bakı-Tiflis-Qars dəmir yolu xəttinin inşası və ötən ildən işə salınması xüsusi strateji əhəmiyyət daşıyır. Çünki Bakı-Tiflis-Qars dəmir yolu xəttinin işə düşməsi Azərbaycanın dövlət müstəqilliyinin gücləndirilməsində, iqtisadi qüdrətinin artırılmasında yeni mühüm strateji amildir. Ötən ilin oktyabrında dövlət başçılarının iştirakı ilə gerçəkləşən açılış mərasimində də qeyd olunduğu kimi, digər mühüm bir məsələ isə bu layihənin Naxçıvan Muxtar Respublikasına qədər uzanmasıdır. Gələcəkdə Qarsdan Naxçıvana ayrıca dəmir yolu xəttinin çəkilməsi də nəzərdə tutulur ki, bu da muxtar respublikanın nəqliyyat müstəqilliyinin təmin edilməsinə səbəb olacaq.



BTQ ilə 21 minə yaxın konteyner daşınıb
Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişinlərin daşınacağı vaxt açıqlanıb
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana qədər uzadılacaq
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan hissəsi bağlanıb - SƏBƏB
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvan istiqamətində davam etdiriləcək
Nazirdən Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi ilə bağlı AÇIQLAMA
Bakı – Qars dəmir yolunun NƏHƏNG HƏDƏFİ
Naxçıvan-Bakı xətti açılır: 1450 kilometrlik yol 18 saata...
Prezident Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoydu
Cavid Qurbanov: "Biz Naxçıvandan yüklərin Qars üzərindən daşınmasını planlaşdırırıq"
İlham Əliyev: Bu Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzinə çevirəcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 